18 yaşında Türkiyə gözəli seçildi, filmlərə çəkilməkdən imtina etdi - Hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?

18 yaşında Türkiyə gözəli seçildi, filmlərə çəkilməkdən imtina etdi - Hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?Sonxeber.az Kulis.az-a istinadən Türkiyənin məşhur aktrisalarından hesab olunan Aydan Şener haqqında maraqlı məlumatları təqdim edir.

Əsl adı Məmnunə olan Aydan Nezir qızı Şener 1 Mart 1963-cü ildə Kilistə əslən Krım tatarlarından olan bir ailədə dünyaya gəlib. Atası Nezir bəy musiqi müəllimi olub. O, öz şagirdi Ayhanla ailə qurur. Evin ilk uşağı olan Aydan dünyaya gələndə, anasının cəmi on yeddi yaşı olub.

***

Aydanın bir yaşı olanda, ailə Bursaya köçür. Bursada orta məktəbə gedən Aydan orta məktəb və kollec illərini başa vurandan sonra Türkiyədə keçirilən gözəllik yarışmasına qatılır. Yarışmaya qatılmasına səbəb isə atası olur. Belə ki, aktrisanın atası musiqi müəllimi olur. Günlərin birində vaxtilə Nezir bəyin şagirdi olan "Milliyyət" qəzetinin redaktorlarından biri Uzman Sağlık onlara qonaq gəlir. Görüş əsnasında Uzman bəy Aydan Şeneri görür və onu tezliklə keçiriləcək gözəllik yarışmasına dəvət edir. Atasının icazəsi ilə razılıq verən Aydan 1981-ci ildə Türkiyə gözəli seçilir.

Elə həmin il o, "Miss World" gözəllik yarışmasında Türkiyəni təmsil edir. Manekenlik sahəsində uğurlar əldə etsə də, o, bu sahəni sevmədiyini və ordan uzaqlaşmaq istədiyini açıqlayır.

***

1983-cü ilk aktrisalıq təcrübəsinə başlayır. "Küçük ağa" televiziya serialında Əminə roluna çəkilmək təklifi gəlir. Lakin filmə çəkilmək onun üçün asan olmur. Belə ki, dövrün məşhur futbolçularından hesab olunan Ayhan Akbinlə evlənməyə hazırlaşan aktrisaya sevgilisi tərəfindən yasaq qoyulur. Ancaq film heyətinin hədsiz inadından sonra Aydan filmə çəkilmək üçün razılıq alır.

Aktrisaya ən böyük uğuru 1986 ildə aktyor Kenan Kalavla birgə çəkildiyi "Çalıquşu" serialındakı Fəridə rolu olur. Bu filmlə Türkiyədə və qonşu ölkələrdə məşhurlaşan aktrisa sonralar aktrisalıq karyerasına teatr və seriallarda ifa etdiyi rollarla davam edir.

***

"Çalıquşu" filminin ardından gələn məşhurluqdan sonra aktrisa Ayhan Akbinlə ailə həyatı qurur. 1988-ci ildə onların Ecem adlı qızları dünyaya gəlir. Ancaq bir müddət sonra cütlüyün münasibətləri pozulur və onlar 1991-ci ildə boşanırlar. Aydan qızını tək böyütməyə qərar verir. Sonrakı həyatında aktrisa ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Bu barədə ona sual veriləndə deyir:

"Mən təkliyimi sevirəm. Həyatımda heç kimim yoxdur, tənhalığın dəbdəbəsini yaşayıram və çox xoşbəxtəm. İndi bu vəziyyətə çox öyrəşmişəm. Münasibətlərimin heç birinə uzun müddət davam edə bilmədim. Hər zaman günahı qarşınızda axtarmaq lazım deyil".

***

Aktrisa müxtəlif illərdə "Utanç Yılları", "Samanyolu", "İki Kız Kardeş", "Hayatın İçinden", "Sevgi Oyunu", "Gül ve Diken", "Ay Işığında Saklıdır", "Ah Nalan Ah", "Kasım" seriallarına, "Güvercin", "Aşk Aynı Adreste", "Yarın Geç Olmayacak", "Oyun" adlı filmlərə çəkilib.

Aydan Şener "Yeşilçam"ın mənfi obrazları canlandırması ilə məşhurlaşan aktrisa Suzan Avcının bacısı qızıdır.

***

Aydan Şener inanılmaz dərəcədə heyvansevər bir insandır. Evində 27 heyvanla birlikdə yaşayan aktrisa hətta pişiklərindən biri öləndə hönkür-hönkür ağladığını deyir:

"Heyvanlarımın sayəsində günə çox gözəl başlayıram. Onlarla çox xoşbəxtəm. Heyvanlar məni xoşbəxt edirlər. 26 pişiyim, 2 itim vardı. Pişiyimin biri öləndə bir neçə gün ağladım, özümə gələ bilmirdim".

Hazırda 59 yaşı olan aktrisa 40 yaşdan sonra ona ən çox ana rolları təklif olunduğundan bu rollardan imtina etdiyini dilə gətirərək deyir:

"40 yaşdan sonra Türkiyədə aktrisalara ancaq ana rolları verilir. Hətta bu, 38 yaşdan başlanır. Ana rolları olsun, amma ananın da bir həyatı, yaşantısı verilməlidir. Məhz bu səbəblə mən nə qədər rollardan imtina etmişəm".

***

Aktrisa 2017-ci ildə Bakıda qonaq olub. Söhbət zamanı o, rejissor Şahin Zəkizadənin ölümündən məyus olduğunu dilə gətirib:
"Mənim rejissor dostum Şahin həyatdan köçüb. Onun ölüm xəbərini eşidəndə çox məyus oldum. Körpə uşaqları vardı, özü də çox cavan idi. Bütün ailəsinə başsağlığı verirəm. O, mənim çox sevdiyim dostlarımdan biri idi".

Hazırda aktrisa kimi fəaliyyət göstərən qızı ilə birgə yaşayan aktrisanın ən böyük arzusu Sabahattin Alinin "Xəz paltolu Madonna" əsərində baş rolu ifa etməkdir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2656   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23 oktyabr
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar

"Aktyor Aslan Fətullayevin bağırsağında şiş aşkarlanıbmış. Onun Bakıda əməliyyat olunması nəzərdə tutulsa da, yaxınlarının qərarı ilə Rusiyaya aparılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Bəstəboylar Teatrının rəhbəri, aktyor Natiq Fərzəliyev deyib. O bildirib ki, Aslan Fətullayevin əməliyyatını

12 noyabr
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Elmira Şabanova dəfn edildi - Yenilənib - Foto

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd

26 noyabr
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr