Açıq-saçıq rollardan imtina etdi, özündən on bir yaş böyük adamla ailə qurdu - Azərbaycanlı aktrisa kimə vurulmuşdu?

Açıq-saçıq rollardan imtina etdi, özündən on bir yaş böyük adamla ailə qurdu - Azərbaycanlı aktrisa kimə vurulmuşdu?Sonxeber.az Kulis.az-a istinadən aktrisa Günəş Mehdizadə haqqında maraqlı faktları təqdim edir.

Günəş Raqib qızı Mehdizadə 8 aprel 1985-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan hər zaman aktrisa olacağını desə də, anası onun həkim olmağını istəyib. Ancaq məqsədyönlü şəkildə məktəbi bitirən kimi sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verir. Dram-kino aktyorluğu fakültəsinə Vaqif İbrahimoğlunun kursuna daxil olur.

Vaqif İbrahimoğludan sənətin sirlərini öyrənən aktrisa sonralar İbrahimoğlunun yaratdığı Yuğ teatrında işləməyə başlayır. Ancaq Vaqif müəllim dünyasını dəyişəndən sonra aktrisa teatrdan uzaqlaşır. Bu haqda o müsahibələrinin birində deyir:

"Əslində, teatrı sevirəm, lakin qorxurdum, qorxurdum ki, teatra öyrəşərəm, sonra ayrıla bilmərəm. Mən Vaqif İbrahimoğlu kimi bir ustadın əlindən su içmişəm. Tələbələrin kurs müəllimi seçilən gün evə gələndə atam kimin kursunda olduğumu soruşdu. Vaqif müəllim olduğunu biləndə mənə bir kitab verdi, onun haqqında yazını oxumağımı tapşırdı. Vaqif İbrahimoğlu mənim xəyalımda bir kişi obrazı olmayıb. O, məni yaxşı mənada təəccübləndirən bir kişi olub. Ona çox alışmışdım, vurulmuşdum. Sənətinin heyranı idim. Teatra girəndə içimdən keçirdi ki, onu qucaqlayım, arada özümü saxlamırdım, onu qucaqlayıb öpürdüm. Həqiqətən çox istəmişəm, fikirlərinə, bizdən aktyor yox, ilk növbədə şəxsiyyət yetişdirməsinə vuruldum. O, bizə aktyorluqdan əvvəl şəxsiyyət olmağı öyrədirdi. Ona qarşı məhəbbətim başqa olub. Mənim üçün o cür düşüncəli ikinci bir kişi yoxdur. Ancaq o, dünyasını dəyişəndən sonra mən düşündüm ki, teatrda qalıb işləməyimin mənası yoxdur".

23 yaşında universitet təhsilini başa vurur. Elə həmin ərəfədə də özündən on bir yaş böyük olan Rasim adlı şəxslə ailə həyatı qurur. Onların iki övladı dünyaya gəlir. Günəş xanım həyat yoldaşı ilə tanışlığı barədə deyir:

"11-ci sinifdə oxuyurdum. Meydançaların birində çəkiliş edirdilər, mən də təsadüfdən orada idim. Orda tanış olduq. O, da kino sahəsinin adamıdır, səs rejissorudur. Universitetə daxil olan gündən bitirənədək yanımda olub. Hər zaman deyir ki, "mən sənin əlindən tutub universitetə apardım". Bütün bu yolların hamısını bir yerdə keçdik. Yəni bir-birimizi əvvəldən tanıdıq, bildik ki, kim nə işlə məşğul olur. Ssenarilərə bir yerdə baxırıq, seçirik, bir-birimizdən məsləhət alırıq. Onun istəmədiyi şeyləri "yox, bu olmalıdır", - deyə təkid etmirəm. Sənətimi nə qədər sevsəm də, amalım olmayıb ki, nəyin bahasına olursa, olsun, bu sənətdə var olacam, qalacam. Bəlkə də, bu mənim zəifliyimdir, amma mənim üçün ailə daha öndədir".

2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlayır. "Xəzər gəlini", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Skripkaçı", "Fədakar", "Qayıdış", "Gecə axını" kimi filmlərə, "Qaranlıqlar çiçəyi", "Məryəm", "Yad gəlin" adlı seriallara çəkilib.

***

2018-ci ildə "Sevgi naminə" serialına çəkilən aktrisa sevgili obrazında çıxış etməsinə baxmayaraq, öpüş səhnələrindən imtina edərək deyib:

"Açıq-saçıq səhnələr olmayacaq. Çünki bizim cəmiyyət hələ erotik səhnələrə hazır deyil. Baxmayaraq ki, türk və digər əcnəbi filmlərdəki açıq-saçıq səhnələrə həvəslə baxılır, özümüzə çatanda daş-qalaq edirik. Min cür söz danışırlar. Başlayırlar ki, əri ola-ola başqa kişilərlə sevgilidir. Başa salmaq olmur ki, bu obrazdır, reallıq deyil. Buna görə də məcbur olub, belə səhnələrdən imtina etməli oluruq".

2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.

***

Aktrisanın ciddi təyyarə fobiyası var. Belə ki, bir neçə il əvvəl onun olduğu təyyarədə nasazlıq olduğundan təyyarə bir neçə saat yerə eniş edə bilmir. Həmin məqamda hər şeyin son olduğunu düşünən aktrisa xilas olması üçün allaha dualar edib. Elə həmin gündən sonra o, uzun müddət təyyarə ilə səfərlər etməyə qorxur.

Günəş Mehdizadə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib. "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3375   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust