Cavid Qurbanovu əvəzləyən 42 yaşlı Rövşən Rüstəmov kimdir?
Xəbər verdiyimiz kimi, Rövşən Rüstəmov Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Bu məqamda "Qafqazinfo" yeni sədrin bioqrafiyasını təqdim edir:
Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.
O, 1997-2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra həmin Akademiyasda təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
R. Rüstəmov 2004-2012 "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində (2012-2014-cü illər) işləyib.
ADY-nin yeni sədri 2014-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərkosmos" ASC-nin sədr müavini təyin edilib. Üç il sonra – 2021-ci ildə Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Bu gün sözügedən vəzifədən azad olunub.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR