"Frenk Pallone kimilərin cəfəngiyat açıqlamaları Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə xidmət edir"- Aydın Hüseynov
Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının üzvü Frenk Pallone bildirib ki, Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, "Dağlıq Qarabağ"ın statusu var. Orada erməni mədəniyyətini və xalqını qoruyub saxlamaq üçün ona hansısa muxtariyyət verilməlidir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, ermənipərəst senator yenə köhnə havalara oynayır:
"ABŞ-ın Nümayəndələr Palatasının üzvü Frenk Pallone deyib ki, Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, "Dağlıq Qarabağ"ın statusu var və orada erməni mədəniyyətini və xalqını qoruyub saxlamaq üçün ona hansısa muxtariyyət verilməlidir. Bu həmin ermənipərəst senatordur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı təcavüzkar dövlət adlandırmışdı. Pallone hətta işğal dövründə Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan XIN tərəfindən 2017-ci ildə arzuolunmaz şəxslər siyahısına daxil edilmişdi. Amma indi Azərbaycan işğala son qoyub".
Deputat qeyd edib ki, bu gün reallıqlar fərqlidir və bu reallıqda şərtləri Azərbaycan diktə edir:
"Azərbaycanda "Dağlıq Qarabağ" adlı ərazi yoxdur, Qarabağ var! Orada yaşayan etnik ermənilərin isə heç bir imtiyazı yoxdur, olmayacaq da. Okeanın o tayından səslənən bu kimi cəfəng açıqlamalar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yox, əksinə, gərginləşməsinə xidmət edir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR