Ata və oğul "Kamaz"ı polislərin üzərinə sürdü - ANBAAN VİDEO
Yol polisinin qanuni tələbinə əməl etməyən ata və sağlamlıq imkanı məhdud olan, sürücülük hüququ olmayan oğlu saxlanılıblar.
Bu barədə Sonxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, oktyabrın 24-də "KamAZ" markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu "KamAZ" markalı, 44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında "Saxla" işarəsi verilsə də, onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.
Daha sonra görülən tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə K.Məmmədov barəsində inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1670 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr