"İctimai TV" bu serialın yayımı üçün məşhur aktrisaya 114 min ödəyəcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti ("İctimai TV") tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "İctimai TV"nin keçirdiyi tender müsabiqəsinin qalibi "SFN Production" MMC (VÖEN - 1306962721) olub.
Qeyd edək ki, "İctimai TV" "Simurq" serialının 12 seriyasınımn yayımlanma hüququ üçün "SFN Production" MMC-yə 114 000 manat (hər seriya üçün 9 500 manat) ödəyəcək.
Məlumat üçün bildirək ki, "SFN Production" MMC 13.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 99C-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi tanınmış aktrisa Sevinc Əliyevadır.
Onu da qeyd edək ki, "Simurq" serialının "İctimai TV"dəki yayımı ötən ilin oktyabr ayında başa çatıb. Dövlət Satınalmalar Portalında yerləşdirilən məlumatda isə qeyd olunur ki, tender müsabiqəsinin icrası bu ilin iyun ayında başlayıb, gələn ilin iyun ayında başa çatacaq.
Onu da bildirək ki, aktrisa Sevinc Əliyevanın rəhbərlik etdiyi "SFN Production" MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 13826 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr