"Mir Şahin, siz kimsiniz ki, inancımıza lağ edəsiniz?"
Real TV-nin rəhbəri Mir Şahin Ağayevin efirdə dini inancı olan şəxslərə lağ etməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.
OLAY yazır ki, bu barədə aktyor Kamran Ağabalayev də paylaşım edib. O, Mir Şahini savadsızlıqda günahlandırıb:
"Nə yalan deyim, Mən Mir Şahini savadlı, intelektual biri kimi tanıyıram, tanıyırdım. Nə İran aşiqiyəm, nə qeyri, ölkəmi sevirəm, azərbaycanlıyam və bununla fəxr edirəm. Amma...
Amma ki, cənab Mir Şahin, insanların dini inanclarına siz kimsiniz axı lağ edəsiniz? İranla probleminiz var? Probleminizlə maraqlanın, məşğul olun! Ay cənab, ay bəy, nə Hüseyn Təbrizdəndir, nə də Əbülfəz Qəzvindən. Dini inanclarımızın axı İrana nə dəxli? Sizə Allaha inamı, inancı, sevgini İran öyrədib? Mən anamdan öyrənmişəm Hüseyn sevgisini, anam nə İran bilirdi, nə Turan! Cahil qadın idi hə, amma xas adam idi, sevgisi xalis idi, çox şükür anamın oğluyam mən də! Ola bilər mən də cahiləm,amma siz kimsiniz ki,mənim Hüseyn sevgimə lağ edəsiniz? Yadımdan çıxmamış onu da deyim, dövlət dinimiz İnduizm deyil, buddizm heç deyil, İuadizmdir? Bəlkə dövlət dinimiz Mançjur şamanizmidir?! İslam, İslam, İslamdır dövlət dinimiz (tolerantlığı qoyuram qırağa, and içdikləri "Quran"dırsa) Hüseynin sütünlarından biri olan İslam! Anlaya bilmirəm dövlətçiliyə qarşısınız və ya nə? Daha sərt yaza bilərdim, seyyidsiniz amma, anam kim olur olsun, "Seyyidlərə hörmət vacibdir"i aşılayıb mənə, cahil olsa da! Hörmətlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR