Tağı Əhmədovdan sələmə iki milyon manat alan şəxslərə cəza istənilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Qulu Muxtarov və Sahil Abuşovun verilmiş ittihamlarla təqsirli bilinərək hər birinin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 10-da davam etdiriləcək.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Qulu Muxtarov və Sahil Abuşov tutularaq istintaqa cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1633 Tarix: 28 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrEv təmiri zamanı ən çox hansı problemlər çıxır?
Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabr