Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən AÇIQLAMA - YENİLƏNİB/VİDEO
Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbdən hadisə ilə bağlı məlumat verilib.
Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.
Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.
10:59
Paytaxtın Nərimanov rayonunda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə avtosfer.az-a məktəblinin atası məlumat verib.
Atanın sözlərinə görə, 11 yaşlı qızı dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib:
"Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra həmin şəxsin əməli törədib-törətmədiyi məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR