Bakı-Ələt yolunda avtobus aşıb, 23 nəfər xəsarət alıb - YENİLƏNİB + VİDEO
Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər xəsarət alıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib. Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.
***
Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, yaralılardan üçü uşaq, beşi qadındır.
***
Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralanan şəxslər Kliniki Tibbi Mərkəzə aparılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur.
Onlara ilkin tibbi yardım göstərilir.
***
Bakı-Qazax yolunda mikroavtobusun aşmasına səbəb piyada olub.
Hadisə yolun 26-cı km-də olub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən mikroavtobusun qarşısına piyada çıxıb:
"Bu səbəbdən sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır".
***
Bakı-Ələt-Astara yolunda yol-nəqliyyat hadisəsi olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib.
Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Əli Həsənova yeni vəzifə verilir
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı