Üç yaşında filmə çəkilən, anasına görə Bakını həmişəlik tərk edən "Sehrli xalat"ın "Rəşid"i...

Üç yaşında filmə çəkilən, anasına görə Bakını həmişəlik tərk edən "Sehrli xalat"ın "Rəşid"i...Kulis.az "Sehrli xalat" filmindəki "Rəşid" obrazı ilə məşhurlaşan aktyor Azər Qurbanov haqqında on maraqlı faktı təqdim edir.

Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində, demək olar ki, danışa bilməyib.

Moskvada təhsil alan Azər sonralar müxtəlif illərdə Sankt-Peterburqda, Odessada yaşayır. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlayanda dostlarının dəvəti ilə ABŞ-yə gedir. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişir.

Bir gün evlərinə, anasına zəng vurur. Bakıya qayıtmaq istədiyini bildirəndə isə anasından gözlənilməz cavab eşidir:

"Bakıya qayıtma".

Bu barədə müsahibələrinin birində Azər deyir:

"Doğrudan da, geri qayıtmaq istəyirdim, lakin alınmadı. İndi 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdırlar, lakin əhalinin əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil. Burada hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdir".

Anası da sonradan Azərin yanına köçür. 2012-ci ildə anası ABŞ-də dünyasını dəyişir və orada dəfn olunur.

1983-cü ildə elə ABŞ-də ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlir.

Azər Qurbanov yeddi yaşında "Bir məhəllədən iki oğlan" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ancaq ona ən böyük uğuru "Sehrli xalat" filmindəki "pioner Rəşid" obrazı gətirir.

Rejissor Əlisəttar Atakişiyev 1964-cü ildə "Sehrli xalat" filmini ekranlaşdırır. Filmin ssenarisi Aleksandr Tarasovla birlikdə yazılır. Kinosınaq zamanı Rəşid rolu üçün Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəyli də dəvət olunurlar. Sınaq çəkilişləri nəticəsində baş rola - "Rəşid"ə - Azər Qurbanov təsdiq olunur. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirir.

Yusif Şeyxov müsahibələrinin birində bu haqda deyir:

"Səhnələr çətinliklə alınırdı. Çünki uşaqların sayı çox idi. Hətta yeddi-səkkiz dubla çəkilən kadrlarımız da olurdu. Bəzən yaxşı alınırdı, tez çəkilirdi. Mənim üçün ən çətin yer çəkiliş vaxtı deyil, səsləndirmə vaxtı oldu. Kadrların birində Rəşidlə Zərifənin Ayın səthində qaçdı-tutdu səhnəsi vardı. Rəşid gülürdü. Həmin gülüşü ifadə etmək məndə heç cür alınmırdı. Əlisəttar Atakişiyev çox əsəbiləşirdi. Dublyaj vaxtı yanımda olan təcrübəli aktyorlar mənə gülməli əhvalat və hadisə olmadan necə gülmək lazım olduğunu öyrətdilər. Mənim üçün filmdə ən çətin olan bu idi. Nəhayətdə səslənmə Əlisəttar müəllimin istədiyi kimi alındı".

Hazırda şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğuldur. Həmçinin tibbi logistika şirkəti var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4651   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust