Xəstəliyini ondan gizlədilər, həkimlər övlad qadağası qoydu - Anar Təhminəni onun həyatından götürmüşdü?

Xəstəliyini ondan gizlədilər, həkimlər övlad qadağası qoydu - Anar Təhminəni onun həyatından götürmüşdü?Sonxeber.az Kulis.az-a istinadən şairə Nurəngiz Gün haqqında on maraqlı faktı təqdim edir.

Əslən Ərdəbildən olan Nurəngiz Quliyeva 21 sentyabr 1938-ci ildə Bakı şəhərində dünyaya gəlib. Ailədə üç bacı, üç qardaş olublar. Ana babası Mirzə Ələkbər Əfəndi Hacızadə dövrünün məşhur həkimi olub, kimsəsiz insanlara əl tutub. Görkəmli dramaturq Hüseyn Cavidin yaxın dostu Mirzə Ələkbər Əfəndi 1937-ci ildə "pantürkist" damğası ilə repressiya olunub.

***

O, orta məktəbi bitirəndən sonra 1 saylı Bakı Tibb Məktəbinə daxil olur. Buranı başa vurandan sonra isə İncəsənət universitetinə daxil olur. Azərbaycan Televiziyasının ilk diktorlarından biri kimi fəaliyyət göstərir, populyar verilişlərin aparıcısı kimi tanınır. 1979-cu ildən sonra o, böyük ədəbiyyata yazıçı kimi "Tanrı bəşər övladıdır" povesti ilə gəlir.

Ailəsindəki itkilər Nurəngiz Günü gənc yaşlarından haqlayır. Əvvəl atasını, daha sonra isə anasını və qardaşını itirir.

***

Bir müddət işlədikdən sonra o, televiziyadakı işindən könüllü ayrılır. İncəsənət universitetində müəllim kimi fəaliyyətə başlayır.

1965-ci ildə Fazil adlı insanla tanış olub ailə qurur. Bir il sonra Nurəngiz xanımın qızı Jalə dünyaya gəlir. Nurəngiz Günün ürəyində ciddi problem yarandığı üçün həkimlər ona növbəti dəfə ana olmağı qəti şəkildə qadağan edirlər.

***

Bu haqda qızı Jalə Əliyeva müsahibələrinin birində deyir:

"Anamın hələ gənc yaşlarında ürəyində problem var imiş. Həkim ona ikinci uşağı dünyaya gətirməyə qadağa qoyubmuş. Onun üçün mənim qardaşım və bacım olmayıb... Uşaq idim, bir gün evdə təsadüfən eşitdim ki, xəstəlik anamı hər an əlimizdən ala bilər. Çox qorxmuşdum".

Deyilənə görə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının qəhrəmanı Təhminənin prototipi Nurəngiz Gün olub. Şairə "Ağlama Zaur, ağlama" adlı şer də yazıb. Sağlığında bu barədə müsahibələrinin birində deyir:

"Anar məni diktor kimi tanıyırdı. Ola bilsin, mənim danışıq tərzim, ifadələrim onun yadında qalıb. Təhminə də diktor idi. Onun əsərdə yaşadıqları isə heç uyğun deyil mənim həyatımla. Açığını deyim ki, Anar əsəri çox güclü yazıb. Rejissor işi isə alınmayıb. Yəni bu filmi çəkə bilməyiblər. Təhminənin iç dünyası gözəl idi. Filmdə isə onun etdiyi hərəkətlər, vərdişləri mənə yaddır. O, mənə necə oxşaya bilər axı? Getdi içdi, həyatını itirdi. Mən isə ana südündən başqa ancaq su içmişəm. Onu yazan bilir ki, kimin həyatını qələmə alıb. O əsərdə həyatı qələmə alınan adam ölüb".

***

Mehriban və həlim xasiyyətli Nurəngiz Nur həmçinin çox mühafizəkar biri olub. Xüsusilə qızlara qarşı tələbkar olan şairə "Qızın səsi bərk çıxmaz, hər şeyə gülməz, bir kənarda sakit oturub dinləyər" kimi fikirlər səsləndirirmiş. 65 illik yubileyi keçiriləndə danışmaq üçün qızına söz verilir. Bu zaman o, təəccüblə qızına baxır. Bu o demək idi ki, qızı heç vaxt o olan yerdə danışmaz, fikir bildirməzdi, indi isə birdən-birə öz anası haqqında danışacaqdı.

Nurəngiz xanımın ürəyi xəstə olduğu üçün ailədə və yaxın ətrafda baş verən pis hadisələri ondan gizlədirmişlər. Hətta bir dəfə o, bacısı ilə xarici ölkədə səfərdə olanda ondan yenicə dünyasını dəyişmiş qardaşının ölümünü belə gizlədirlər. Qızı Jalə qohumlarına tapşırır ki, bu barədə anama heç kim məlumat verməyəcək. Mən bir gündə evimdən üç tabut çıxara bilmərəm. Nurəngiz xanım qardaşının xəbərini onun ölümündən iyirmi gün sonra Bakıya qayıdanda xəbər tutur.

Ömrünün son illərində şairənin böyrəkləri ona əziyyət verir. Həyəcanlanmaması üçün qızı ondan xəstəliyini gizlətməli olur. O, hər dəfə qızından həkimə nə üçün getdiklərini soruşanda qızı ona müxtəlif yalanlar deyir, sakitləşdirməyə çalışır. Nurəngiz xanım isə bu yalanlara uşaq məsumluğu ilə inanırmış.

***

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində dünyasını dəyişir. Yasamal qəbiristanlığında dəfn olunur.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3195   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23 oktyabr
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar

"Aktyor Aslan Fətullayevin bağırsağında şiş aşkarlanıbmış. Onun Bakıda əməliyyat olunması nəzərdə tutulsa da, yaxınlarının qərarı ilə Rusiyaya aparılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Bəstəboylar Teatrının rəhbəri, aktyor Natiq Fərzəliyev deyib. O bildirib ki, Aslan Fətullayevin əməliyyatını

12 noyabr
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Elmira Şabanova dəfn edildi - Yenilənib - Foto

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd

26 noyabr
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr