Ağamirzə Rəşad Dağlının qətl törətməsindən danışdı
"Bir saat əvvəl xəbəri gördüm. Bakıda yox idim. Rayona getmişdim, gələndə eşitdim".
Bu sözləri Axşam.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib. bir İfaçı həmkarı Rəşad Dağlının qətl törətməsindən danışıb:
"Rəşadla çox yaxşı münasibətimiz var idi. Xəbəri oxuyub şoka düşmüşəm. Çox üzüldüm belə hadisənin yaşanmasına. Necə baş verib bilmirəm. Qətlə yetirdiyi şəxslə əvvəldən tanış olduqlarını bilmirdim, ilk dəfə adını eşitdim. Rəşad istedadlı meyxanaçıdır. Allah köməyi olsun. Ölənə rəhmət, həbsxanada olana isə kömək diləməkdən başqa əlimizdən heç nə gəlmir".
Ağamirzə meyxananı qalmaqallı sahə adlandıranlara isə "Hər bir sahədə söz-söhbətlər olur. Tək meyxana aləmindədir bu davalar? Bizim aləmimizdə olan mübahisələr xırda məsələlərdən yaranır: təkrar dedin, mənə imkan vermədin" sözlərini söyləyib.
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Mübahisəyə səbəb İsgəndər Mehtiyevin meyxanaçıya zəng edərək söyüş söyməsi olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR