Yevlaxda bayram konserti keçirilib - FOTOLAR
Yevlaxda Zəfər Günü təntənəli surətdə qeyd olunub. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, rayon rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "8 noyabr – Zəfər Günü"nə həsr edilmiş bayram "Zəfərin mübarək Azərbaycan" adlı bayram konserti təşkil edilib.
Şəhərdəki əyləncə parkında təşkil olunan bayram konsertində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışılıb, öz qanları və canları ilə bizə bu qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilənib, şəhid ailələri və qazilərimizin ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqları qeyd edilib.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyevanın, müxtəlif muğam müsabiqələrinin lauratları Nərgiz Cabbarovanın, Orxan Əkbərovun, Rəvanə Vəliyevanın, Sabir Hüseynovun, Rəşad Hüseynovun, Xan Quliyevin,Orxan Əkbərovun ifasında Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edilib. Konsert sakinlərə xoş əhval ruhiyyə bəxş edib.














Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR