Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmiş

Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmişDünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rəşad Dağlının qətlə yetirdiyi şəxs ilk dəfə quldurluq əməlinə görə həbsxanaya düşüb. Belə ki, təxminin 20 il əvvəl İ.Mehdiyev Bakı şəhəri ərazisində bir qrup şəxslə birgə quldurluq cinayətinə görə tutulub və məhkum edilib.

O, cəzasını çəkdikdən sonra növbəti dəfə 2011-ci ildə həbsxana yoldaşı olmuş şəxsə doğranmış toyuq ətinin içində narkotik maddə keçirərkən tutulub. Belə ki, həmin vaxt Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu, quldurluq əməlinə görə 10 il cəza almış Rövşən Ağayevin görüşünə gəlmiş İskəndərin sovqatına baxış keçirilərkən o tutulub. Toyuq ətinin içindən 3,251 qram heroin aşkar edilərək götürülüb.
Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmişBu əmələ görə növbəti dəfə məhkum edilən İ.Mehdiyev azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və əməlində cinayət residivi olduğundan daha uzunmüddətli həbsə məhkum edilib. İskəndər Mehdiyev son olaraq Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi həbsdə olub.

Qardaşı İ.Mehdiyevin bu ilin 26 oktyabr tarixində azadlığa çıxdığını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3028   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr