"Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə vermirlər"
"İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər ki, artıq gətiriblər".
Oxu.Az xəbər verir ki, bu sözləri Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl məclisdə olub:
"Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik ki, mübahisə məclisdə yaranıb, ya məclisdən sonra. Əsas bildiyimiz odur ki, vəkili də yanına girə bilmir. Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşları bildirdilər ki, nə vəkilinin, nə də başqasının Rəşadla görüşməyinə icazə vermirlər. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə demədi. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik, biz qoymazdıq o getsin. Rəşad idmançı olub, əli-qolu güclü olub. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, mən düşünürəm ki, o özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR