Dövrümüzün bəlasına çevrilən xərçəng necə yaranır? - Növləri
Dövrümüzün bəlasına çevrilən xərçəng xəstəliyi sürətlə yayılmaqda, can almaqdadır. Tibb inkişaf etsə də, bu xəstəliyin durmadan artması və çarəsinin tapılmaması insanlarda narahatlıq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitin çirklənməsî, geni dəyişdirilmiş meyvələr və qəbul etiyimiz digər qidalar bu xəstəliyin daha da yayılmasına səbəb olur.
BiG.AZ oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.
Xərçəng xəstəliyi necə yaranır?
Hüceyrə insan bədənini təşkil edən əsas vahiddir. Hüceyrələr böyüyür, bölünür və bədənin ehtiyacı olan yeni hüceyrələr əmələ gəlir. Adətən hüceyrələr çox qocaldıqda və ya zədələndikdə ölürlər (apaptoz). Sonra onları yeni hüceyrələr əvəz edir.
Xərçəng genetik dəyişikliklər bu nizamlı prosesə müdaxilə etdikdə başlayır. Hüceyrələr nəzarətsiz böyüməyə başlayır. Bu hüceyrələr şiş kütləsi əmələ gətirir. Şiş kütləsi bədxassəli və ya xoşxassəli ola bilər. Xərçəngli bir şiş kütləsi bədxassəlidir, yəni böyüyə və bədənin digər hissələrinə yayıla bilər. Xoşxassəli şiş isə böyüyə bilər, lakin yayılmır.
Bəzi xərçəng növləri şiş əmələ gətirmir. Bunlara leykozlar, əksər limfoma növləri və miyeloma daxildir.
Xərçəngin dörd əsas növü var:
1. Karsinomalar. Karsinoma dəridə və ya daxili orqanların və vəzlərin səthini örtən toxumada başlayır. Karsinomalar adətən bərk şişlər əmələ gətirir. Onlar xərçəngin ən çox yayılmış növüdür. Karsinomalara misal olaraq prostat xərçəngi, süd vəzi xərçəngi, ağciyər xərçəngi və kolorektal xərçəng daxildir.
2. Sarkomalar. Sarkoma birləşdirici toxumalarda əmələ gəlir. Sarkoma piydə, əzələ qatında, sinirlərdə, oynaqlarda, qan damarlarında, limfa damarlarında, qığırdaqda və ya sümüklərdə inkişaf edə bilər.
3. Leykemiyalar. Leykoz qan xərçəngidir. Leykoz sağlam qan hüceyrələri dəyişdikdə və nəzarətsiz böyüdükdə başlayır. Leykozun 4 əsas növü var: kəskin limfositar leykoz, xroniki limfositar leykemiya, kəskin miyeloid leykemiya və xroniki miyeloid leykemiya.
4. Limfomalar. Limfoma limfa sistemində başlayan xərçəngdir. Limfa sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən damarlar və vəzlər şəbəkəsidir. Limfomanın 2 əsas növü var: Hoçkin limfoması və Qeyri-Hoçkin lenfoması.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR