Bu rayonda insanlara pul verilir - Poçta yaxınlaşıb götürə bilərsiniz - RƏSMİ
İmişlidə Zəfər günü ilə əlaqədar müharibə veteranları, eləcə də digər sosial qruplara 100 manat bayram pulu verilir.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə müharibə veteranlarından biri məlumat verib.
O bildirib ki, yerli poçt şöbəsinə yaxınlaşaraq həmin məbləği almaq mümkündür.
Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova BAKU.WS-ə eksklüziv olaraq məlumatı təsdiqləyib:
"Azərbaycan Respublikası Prezidentinin 03.06.2019-cu il tarixli, 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş "şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna qədər daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər, rayonların sərəncamında və istifadəsində saxlanılması" Qaydasına əsasən İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsait ayrılıb.
Vətəndaşlara maddi yardımın verilməsi prosesi İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional Poçt Filialı arasında bağlanılmış müqaviləyə əsasən Poçt Filialı tərəfindən həyata keçirilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR