SOCAR "Azəriqaz" İB-nin baş direktorunun müavini Göyçayda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev Göyçayda vətəndaşları qəbul edib. Görüşdə Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbul zamanı istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunması, istixananın qazlaşdırılması, habelə qeyri-əhali istehlakçı qrupuna aid səhv ödənişin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Görüşdə vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.
Baş direktorun müavini müraciətlərdə qaldırılan məsələlərin qısa müddət ərzində araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı Birliyin Ağsu və Zaqatala Regional qaz istismarı İdarələrinin rəhbər şəxslərinə tapşırıq verib. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb və qəbul iştirakçılarına ətraflı izahat verilib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR