Özündən on beş yaş kiçik oğlanla ailə qurdu, bir gecədə məşhurlaşdı - Xalq artisti haqqında bilmədiklərimiz...

Özündən on beş yaş kiçik oğlanla ailə qurdu, bir gecədə məşhurlaşdı - Xalq artisti haqqında bilmədiklərimiz...Sonxeberz Kulis.az-a istinadən müğənni, Xalq artisti Nəsibə Abdullayeva haqqında maraqlı faktları təqdim edir.

Nəsibə Məlik qızı Yarməhəmmədova 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.

***

Nəsibə sadə fəhlə ailəsində böyüyüb. Çoxuşaqlı ailədə doğulan Nəsibə evin sonbeşiyi, səkkizinci uşağıdır.

Onun tərcümeyi-halı lap əvvəldən musiqi ilə bağlıdır. Yaxşı musiqi duyumu olan atası bir neçə musiqi alətində gözəl ifa edib. Musiqiyə olan həvəs ondan qızına keçir. Abdullayevlərin evində tez-tez mahnılar səslənir, musiqili saatlar keçirilir.

***

Nəsibə orta məktəblə yanaşı həm də musiqi məktəbində qarmon sinfinə gedir. Atası qızını musiqi məktəbinə apara bilmək üçün pul yığıb motosiklet alır. Hər gün qızını dərsə aparır, sonra isə onun dərsdən çıxmasını gözləyib evə gətirir.

Orta məktəb attestatını alan Nəsibə xanım Memarlıq və İnşaat İnstitutuna daxil olmaq istəsə də, qəbul imtahanlarından keçə bilmir. Məktəbdə musiqi müəllimi kimi işə başlayır. Bir neçə il sonra Nəsibə Abdullayeva Daşkənd Mədəniyyət İnstitutuna daxil olur.

***

1980-ci ildə o, Səmərqənd musiqi ansamblında vokalisti kimi fəaliyyətə başlayır. Həmin ildə Nəsibənin mahnılardan ibarət iki albomu işıq üzü görür. "Barı qal" və "Səmərqənd" adlı bu mahnılar Nəsibə Abdullayevanın karyerasında debüt olur.

***

1980-ci illərdə onun mahnıları yazılmış maqnitofon kasetləri bütün Azərbaycanda məşhur idi. Oxuduğu nəğmələr insanların könlünü oxşayır, məlahətli səsi ürəkləri fəth edirdi. 1986-cı ildə AZ TV-də efirə getmiş konserti isə onu bir gecədə məşhurlaşdıraraq, həmişəlik azərbaycanlıların yaddaşına yazdı.

Müğənni "Qaragöz boy-boy", "Üzü dönsün bu dünyanın", "Darıxıram", "Leyla", "Bəri gəl" kimi mahnılarla böyük məşhurluq qazanır. Ancaq ona növbəti böyük populyarlığı "Səndən nigaranam" mahnısı gətirir.

***

1987-ci ildə 31 yaşında Nəsibə Özbəkistanın əməkdar artisti adının sahibi olur. Ali təhsil alan vokalçı 1989-cu ildə Özbəkistan Dövlət Filarmoniyasında işə düzəlir.

***

Müğənni iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir.

20 ildən sonra müğənninin ailəsində problemlər yaranmağa başlayır. 2000-2002-ci illərdə o, hətta səhnə fəaliyyətinə fasilə verir. Həyat yoldaşı ilə yollarını ayıran müğənni bir müddət tək yaşasa da, ikinci dəfə özündən on beş yaş kiçik olan şəxslə ailə qurur. Müsahibələrində bu barədə deyir:

"Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblərə görə ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq xeyli vaxtdır ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır. Həyat yoldaşım məndən on beş yaş kiçikdir. Elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram".

Müğənni qeyd edib ki, Azərbaycan mahnılarını oxuyandan sonra azərbaycanlı həmkarları tərəfindən ona qısqanclıq olub:

"Bu diskdə ürəyimə yatan mahnılar çox olur, onlardan bir neçəsini oxumuşam. Bu mahnılardan biri Aygün Kazımovanın ifa etdiyi "Nigaranam" və Faiq Ağayevin "Bağışlaram səni" oldu. Düzdür, həmin müğənnilərlə mənim aramda "məhəbbət üçbucağı" yarandı. Azərbaycan müğənnilərinin mənə olan qısqanclıqlarını qəbul edə bilmirəm. Amma hansısa bir azərbaycanlı müğənninin özbək mahnısını oxuması bizim üçün çox sevindirici olur. Bütün bunlara baxmayaraq, yenə də həmin mahnıları oxuyacağam. Əslində, belə münasibət mənə stimul verir. Mənə ən pis təsir edən isə Nisə Qasımovanın fikirləri oldu. Onun da bir mahnısına müraciət etmişdim. Çünki mənim maşınımda bu xanımın diskləri həmişə olub, o xanıma həmişə qulaq asıram və böyük hörmətim var. Amma özümə qarşı ondan belə münasibəti gözləmirdim".

Dünyanın ən məşhur "Fendi" brendinin reklam çarxında Nəsibə Abdullayevanın "Bir gün mənə rəhmin gələcək" mahnısı səsləndirilib. Bu barədə xəbərsiz olan müğənni mətbuata açıqlama verərək belə deyib:

"Çarxda səsləndirilən "Bir gün mənə rəhmin gələcək" mahnısı mənə aiddir. Özü də bu mahnı 35 il öncə yazılıb. Şübhəsiz, mahnılarımın dünya səviyyəsində sevilməsi və istifadə olunması yalnız xoş hisslər yaradır. Lakin bu ifamı məndən icazəsiz işlədiblər. Ümumiyyətlə, biz "Fendi" ilə əlaqə yaradacağıq. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlamayıblar? Üstəlik, mahnının ifaçısı mən olduğum halda nəyə görə adım orada yazılmayıb? Hələlik qarşı tərəfin reaksiyasını gözləyəcəyik. Yalnız bundan sonra məhkəmə barədə düşünə bilərik".

30 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4961   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust