Sumqayıtda dəhşətli olay: Ata qızını kirvəsinin oğlu ilə tutdu, sonra... - Şok təfərrüat

Sumqayıtda dəhşətli olay: Ata qızını kirvəsinin oğlu ilə tutdu, sonra... - Şok təfərrüatSumqayıt şəhərində 1961-ci il təvəllüdlü Aslan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1984-cü il təvəllüdlü qızı Sevdanı (aqdlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Aslan 2022-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən yeməkxanada nahar edib.

O, orada tanımadığı 45-50 yaşlarında iki kişinin öz aralarında üç uşaq anası olan Sevdanın kişi qohumu ilə gizlin görüşüb, yüngül həyat tərzi keçirməklə ailəsinə xəyanət etdiyi barədə söhbətini eşidib.

Bundan sonra Aslan qızını güdüb. Onun 2022-ci il fevralın birinci on günlüyündə gecə saatlarında bir neçə dəfə yaşadığı binanın bir qədər kənarında onu gözləyən avtomobilə oturaraq getdiyini, gecədən xeyli keçmiş evinə qayıtdığını görüb.

Beləliklə, qızı barəsində söylənilənlərin həqiqət olduğunu yəqin edib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə fevralın 15-də saat 9 radələrində evindən yanmış məftil götürüb və üzərində gizlədib.

Aslan Ceyranbatan qəsəbəsində qızının yaşadığı nömrəsiz evə gəlib, keçirdiyi həyat tərzinə görə qızına iradlarını bildirib və mübahisə zamanı özüylə gətirdiyi məftili onun boğazına keçirib. O, qızını boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Aslanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən asdam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

"Dolana bilmədik"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Laçın rayonunun Minkənd kəndində anadan olub, həmin kənddə yaşayıb və orta məktəbi bitirib:

"1978-ci ildə Sənəmlə ailə qurmuşam. Həmin nikahdan 1980-ci ildə Sahib, 1984-cü ildə Sevda, 1985-ci ildə Elmira və Elnarə adlı əkiz uşaqlarım olub. Laçın rayon Xalq Məhkəməsinin 1985-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (keçmiş redaksiyada) 17,129-cu maddəsinin 2-ci hissəsi ilə (yeni redaksiyada adam oğurluğu) ilə təqsirli bilinmişəm, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam.

1988-ci ildə qızı Elmira ümumi xəstəlikdən öldü. 1993-cü ildə məcburi köçkün olduq və Ağcabədi rayonu Ağabəyli kəndində məskunlaşdıq. Dolana bilmədiyimizdən Sumqayıt şəhərinə köçdük. Ceyranbatan qəsəbəsində Peşə Liseyinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı "UPTKA-1" deyilən idarə binasının 1-ci mərtəbəsindəki iki otaqda yaşamağa başladıq".

"Qızımı qaçırararaq ailə qurdu"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısı Sevil Ağabəyli kəndində ərdə olub və qızı Sevda bibisigilə gedib-gəlib: "Qızımı Sevilin qaynı Kərim görərək sevdi. 2003-cü ildə Sevdanı qaçıraraq ailə qurdu və həmin kənddə yaşamağa başladılar. Həmin nikahdan onların 2004-cü ildə Vəli, 2007-ci ildə Vaqif, 2010-cu ildə Gülşən adlı uşaqları oldu.

Bir müddət sonra kənddə dolana bilmədiklərindən 2015-ci ildə Sumqayıt şəhərinə köçməli oldular. Həmin ərəfədə Tuqzavod qəsəbəsi ərazəsində inşa etdiyim fərdi evin təmiri başa çatdığında həmin evə köçdük. Sevdagil isə bizim əvvəl idarə evində yaşadığımız otaqlara yerləşdilər.

Sevdagil binanın birinci mərtəbəsinin dəhlizini ortadan kəsərək aranı hördülər, həmin binada yaşayan qonşulardan ayrıldılar. Binanın ikinci mərtəbəsində o biri qızım Elnarə ailəsi ilə və yaşlı xəstə bir qadınla yaşayırdı.

Sevda evdar qadın idi, əri Kərim Sumqayıt şəhərində avtomobil yuma sexlərində fəhlə işləyib, ailəsini dolandırırdı".

"Nəticə çıxarmadı"

Aslan qeyd edib ki, əvvəllər Sevdanın ailə münasibətləri normal olsa da, ona məlum olmayan səbəblərdən son iki ildə vəziyyət pisləşib: "Kərim bir neçə dəfə Sevdanın heç bir səbəb olmadan evdə tez-tez söz-söhbət salmasından, pula olan meylindən gileylənərək bezdiyini dedi. Kərimi sakitləşdirdim, qızıma hərəkətlərinə görə irad tutdum, amma o, bundan nəticə çıxarmadı".

Aslanın ifadəsinə görə, 2021-ci ilin martın əvvəllərində Sevda növbəti dəfə dava-dalaş yaratdıqda Kərim pencəyini götürüb və evdən gedib: "Bundan sonra Kərim Bakı şəhərində yaşayıb işlədi, ailəsinə pul göndərdi. Evə gəlməsə də arvadından boşanmadı.

Kərim evdən getdikdən sonra qızıma maddi dəstək olmaq üçün yaxınlıqda yerləşən MMC-nin ərazisinə gecə saatlarında sürücülər mal gətirərkən onlar üçün qapını açıb-bağladım, gətirilən yükü daşımaqda və ya boşaltmaqda kömək etdim, qazandığım 2-3 manatı qızıma verdim".

"Bunu onun üzünə vurmadım"

Təqsirləndirilən şəxs qeyd edib ki, Tərtər rayonundan olan Bəşirin atası Şəmi oğlu Sahibin, Bəşirin qardaşı isə Sahibin oğlunun kirvəsidir: "Münasibətlərimiz yaxşı olub, bir-birimizin evinə gedib-gəlmişik. Bəşir Bakı və ya Sumqayıt şəhərinə gələrkən mənə mütləq baş çəkib qonağım olurdu.

Hadisədən bir neçə ay əvvəl axşam saatlarında Sevdagilin yaşadığı idarə binasının ətrafından keçərkən Bəşirin idarə etdiyi "KİA SARENTO" markalı minik avtomobilinin yoldan kənarda dayandığını, Bəşirin sükan arxasında olmadığını gördüm.

Sevdanın əri evdə olmurdu deyə Bəşirin Sevdagilə deyil, həmin binada yaşayan digər qızım Elnarənin əri Elmarın qonağı olduğunu düşündüm. Qızım Elnarəyə zəng etdim və Bəşiri soruşdum. Qızım Bəşiri görmədiyini və onlara gəlmədiyini dedi. Bəşirə zəng etdim, harada olduğunu soruşanda "rayondayam" dedi.

Həmin ətrafda Bəşirin tanışı və qohumu yaşamırdı, avtomobil isə Bəşirinki idi, onun mənə yalan danışıb-danışmadığını yəqinləşdirmək üçün bir qədər kənarda dayanıb, avtomobili kimin idarə edəcəyini gözlədim.

Az sonra Bəşirin qızımgilin yaşadığı idarə binası tərəfdən avtomaşına doğru iti addımlarla gəldiyini, avtomobilə oturaraq getdiyini gördüm. Bəşirin yalan danışması mənə pis təsir etsə də, bunu onun üzünə vurmadım".

"Qızımı izləməyə başladım"

Aslan bildirib ki, 2022-ci il yanvarın əvvəllərində Ceyranbatan qəsəbəsində yeməkxanada nahar edərkən qonşu stolda arxası ona doğru olan, təxminən 45-50 yaşlı tanımadığı iki kişinin "UPTKA-1" idarə binasında yaşayan Minkəndli Sevdanın yaxın qohumu ilə gizlin görüşüb, ailəsinə xəyanət etməsi barədə söhbətini eşidib:

"Uzun illər Ceyranbatan qəsəbəsi Tuqzavod ərazisində yaşadığımdan hamı məni və ailəmi laçının Minkənd kəndindən məcburi köçkün kimi tanıyıb, hörmət ediblər. Həmin şəxslərin mənim Sevdanın atası olduğumu bilib, qəsdən yanımda bu məzmunda söhbət edərək qızımın hərəkətlərini mənə çatdırdıqları kimi qəbul etdim.

Qızımın xəcalət verən hərəkətlərindən utandım, həmin şəxslərdən Sevdanın nə vaxt, harada, necə tanıdıqlarını, hansı qohumu ilə harada görüşdüynü, həmin məlumatı kimdən əldə etdiklərini öyrənmək üçün onlara yaxınlaşmadım. Yeməkxananı tərk etdim. Sonrakı tarixlərdə onlarla rastlaşmadım. Eşitdiyimə inanmasam da, artıq qızım Sevdadan şübhələndim, onu güdərək izləməyə başladım. Sevda bunu hiss etmədi. Eşitdiklərimi isə heç kimə bildirmədim.

Sevdanın gün ərzində həddindən artıq telefonla danışdığını, bəzən üstü örtülü ifadələr işlətdiyini müəyyən etdim".

"Ayaqlarım əsdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci il fevralında gecədən keçmiş növbəti dəfə sürücü onu MMC-yə darvazanı açıb-bağlamağa çağırıb:

"İşimi qurtarandan sonra yuxum qaçdığı üçün Sevdanın yaşadığı evə doğru getməyə başladım. Bu vaxt qarşıda qara rəngli CİP tipli avtomobilin Sevdagilin yaşadığı idarə binasının yaxınlığında dayandığını, kiminsə avtomobildən düşdüyünü və maşının sürətlə geri qayıtdığını ğördüm.

Buna görə yoldan kənara çəkildim, avtomobil keçdikdə nömrəsinə diqqət etdim. Nömrənin Bəşirə məxsus olduğunu gördüm. Artıq onun Sevda ilə münasibətindən tam şübhələndim. Onları bir yerdə tutmaq, bunu yəqin etmək üçün səhəri gün axşam saatlarında Bəşirin daim avtomobili saxladığı yerin yaxınlığında görünməyən yerdə dayandım.

Bəşirin növbəti dəfə oraya gəlib-gəlməyəcəyini gözlədim. Saat 22-23 radələrində o, avtomobillə gələrək həmin yerin yaxınlığında dayandı. Mobil telefonla danışdı. Təxminən 15 dəqiqə sonra Sevda yaşadığı binadan çıxdı və Bəşirin dayandığı yerə gəldi, avtlomobilə oturdu.

Avtomobili dərhal işə düşdü, həmin ərazidən getdilər. Qızımın hərəkəti mənə çox pis təsir etdi, ayaqlarım əsdi".

"Heç kimdən məsləhət almamışam"

Aslanın ifadəsinə görə, buna baxmayaraq özünü toplayıb və Sevdanın nə vaxt kiminlə evinə qayıdacağını gözləyib: "Təxminən 3-4 saatdan sonra Bəşir Sevdanı gətirdi. Rəsmi nikahda olan üç uşaq anası Sevdanın kirvəsinin oğlu Bəşirlə görüşüb, onunla eşq həyatı yaşayıb, ailəsinə xəyanət edib, namusunu ləkəməsi mənə pis təsir etdi.

Başa düşdüm ki, Sevda Bəşirlə görüşdüyündən ərini burunlayaraq evdən uzaqlaşdırıb, yeməkxanada danışan həmin iki şəxs qızımın yüngül həyat tərzi keçirməsindən məlumatlı olduqları üçün məni gördükdə öz aralarında söhbət ediblər.

Ailəmin namusu mənim üçün hər şeydən üstün olduğu halda Sevdanın bunu ləkələdiyi üçün onu öldürmək qərarına gəldim. Bunu nə vaxt, harada, hansı üsulla edəcəyimi fikirləşdim. Qərara gəldim ki, onu öz evində, uşaqları məktəbdə olduqları vaxt öldürüm. Eşitdiklərimi, gördüklərimi və Sevdanı öldürəcəyimi heç kimə deməmişəm. Bununla əlaqədar heç kəsdən məsləhət almamışam.

Sevdanın hər üç uşağı birinci növbədə oxuyur, hər gün səhər saat 08.00-dan saat 14-15-dək məktəbdə olurlar. Əri Kərim isə evə gəlmir. Uşaqlar məktəbdən evə gələnədək Sevda evdə tək olur".

"Elektrik naqilini boğazına doladım və boğdum"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 08.30-da yaşadığı evdən götürdüyü paslanmış məftili qatlayaraq qasıq nahiyəsində gizlədib və Sevdanın yaşadığı ünvana gəlib: "Sevdanı şübhələndirməmək üçün özümü sakit aparmaqla ondan çay istədim, özüm isə qonaq otağına keçdim. Sevda qonaq otağında olan çaydanı götürmək istədikdə ona nə üçün ərini evdən didərgin saldığını, artıq oğlu həddi-büluğa çatmış halda bu yaşında yüngül həyat tərzi keçirib, kirvəsinin oğlu ilə gizlin görüşərək ailəsinə xəyanət etdiyini, özünü və ailəsini rüsvay etdiyini soruşdum.

Bu zəmində mübahisə zamanı Sevdanın arxasına keçərək gətirdiyim məftili boğazına keçirib, onu boğmağa başladım. Sevda mənə əl-qol atsa da, məftil boğazını sıxdığından səs sala, qışqıra bilmədi.

Ayaq üstə olduğundan onu boğmaq çətinlik yaratdı, itələyərək onu yerə yıxdım. Bu vaxt məftil əlimdən çıxdı. Sevda döşəmədən qalxmaq istədikdə niyyətimi başa çatdırmaq üçün bir əlimlə onu döşəməyə sıxdım və yerdən qalxmağa imkan vermədim. Otaqda olan elektrik uzadıcı naqili dartıb qırdım və onu Sevdanın boğazına dolayaraq ilgək yaratmaqla sıxdım.

1-2 dəqiqədən sonra Sevdanın əl-qol atması zəifləydi, rəngi qaraldı, taqətsiz hala gəldi. Naqili açmadan Sevdanın qolunda və boynunda olan arteriyasını yoxlaydım, nəbzinin vurmadığını və artıq öldüyünü yəqin etdim.

Bundan sonra ondan əl çəkdim. Gətirdiyim yanmış məftili özümlə götürdüm, ağ naqil isə Sevdanın yanında qaldı. Əl-üzümü yuydum, hadisə yerini tərk etdim".

"Təslim oldum"

Aslan bildirib ki, evə gedərkən yol üstündə Elxan adlı şəxsin marketindən yarım litr araq alıb: "Dükanın ikinci mərtəbəsindəki yeməkxanaya qalxdım, arağı içmək üçün pendir, kələm turşusu və çörək sifariş etdim. Sifariş yerinə yetirilənədək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Qızımı az əvvəl öz evində boğaraq öldürdüyümü bildirdim, polis əməkdaşlarının gələrək məni aparmalarını xahiş etdim, yaşadığım ünvanı söylədim.

1-2 dəqiqə sonra Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşı zəng etdi. Məndən 102 xidmətinə verdiyim məlumatın doğru olub-olmadığını soruşdu. Ona da törətdiyim cinayət barədə məlumat verdim və gələrək məni aparmalarını xahiş etdim. Polis əməkdaşlarının verdiyim ev ünvanına gələcəyini nəzərə aldım, spirtli içkini qəbul etmədən yaşadığım ünvana getdim. Yolda arvadıma zəng erdim və dedim ki, Sevdanı öldürmüşəm, evə gəlirəm. Sonra telefonu söndürdüm.

Evə çataraq arvadıma qızımız Sevdanın kirvəmizin oğlu Bəşirlə gizlin görüşüb, ailəmizə etdiyi xəyanətə, keçirdiyi əxlaqsız həyat tərzinə görə öldürdüyümü dedim. Arvadım polisə təslim olmağımı təklif etdi. Mən də artıq 102 xidmətinə zəng etdiyimi və indi gələrək məni aracaqlarını bildirdim. 3-5 dəqiqə sonra Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının evə doğru gəldiklərini gördüm. Onlara yaxınlaşaraq təslim oldum".

Aslan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5570   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021