"Atabəylər" serialında ciddi tarixi səhvlər var? - VİDEO

"Atabəylər" serialında ciddi tarixi səhvlər var? - VİDEOÖtən gün tizeri təqdim olunan ilk tarixi serialımız "Atabəylər: Şəmsəddin Eldəniz" sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin fraqmenti bir çox istifadəçi tərəfindən tənqidlərə məruz qalıb.

Çoxu serialı Türkiyədə yayımlanan "Diriliş: Ertuğrul", "Uyanış: Büyük Selçuklu", "Alparslan: Büyük Selçuklu" kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə "Atabəylər: Şəmsəddin Eldəniz"in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib.

Bundan əlavə, fraqmentdə "Bütöv Azərbaycan" ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.

OLAY məsələ ilə bağlı ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevlə əlaqə saxlayıb. Yazar bildirib ki, bu tənqidlər sadəcə gülüncdür:

"Azərbaycan insanlarında bir inkarçılıq var. Yaxşı təşəbbüslərə heç vaxt xoş söz demirlər, həmişə pisləyirlər. Gülünc iddiadır ki, deyirlər, "Diriliş: Ertuğrul", "Alparslan" və sairə kimi seriallara bənzəyir. Bu, savadsızlıqdır. Serial 12-ci əsrdən bəhs edir. Həmin vaxtlarda Azərbaycan elə deyilən layihələrdəki Səlcuq İmperiyasının tərkibində idi. Yəni Səlcuq dövləti olub, o dövrdə geyimlər də, döyüş taktikası da eyni idi.
Ətraflı

Ona görə səlcuqlara oxşamalıdılar da, kimə oxşayacaqlar? O ki qaldı Bütöv Azərbaycan ifadəsinə... Bədii filmlər, həm real tarixi hadisələrə, həm də yaradıcı heyətin təxəyyülünə əsaslanır. Bütün filmlərdə, bədii və musiqi əsərlərində, teatrda müəllifin hüququ olur ki, hansısa tarixi hadisəni müəyyən bir dövr ərzində kontekstdən çıxarıb, müasir mesajlar versinlər. Çünki incəsənət tək nəyisə göstərmək üçün xidmət etmir, həm də tərbiyələndirir, didaktik, əxlaqi-mənəvi dəyərlər aşılayır.

Bütün bunlara görə biz Bütöv Azərbaycan ifadəsini serialda vermək istədik. İnanın, tarixi faktların özündə də var ki, o dövrdə "Bütöv Azərbaycan" ideyası olub. Ermənilər özlərinə saxta tarix yaradır, biz əlimizdə olanları da itiririk. Mən 1 milyon işarəlik tarixi faktları öyrənmişəm. Ərəb, türk, ingilis və öz mənbələrimizdən araşdırmışam. Məsələn, həmin dövrü Ziya Bünyadov Sovet ideologiyasına, Əkbər Nəcəf isə müasir milli ideologiyamıza uyğun araşdırıb. Başda Kərim Şükürov olmaqla bütün Tarix İnstitu bizim ssenari qrupumuzun içindədir, dəstək verirlər. Biz hər şeyi araşdırırıq. Kimlərsə, durub boş-boş deyir ki, tarixdən xəbərləri yoxdur. Bu, gülüncdür. Bir onu deyim ki, Şəmsəddin Eldəniz öz dövlətini qurana qədər Azərbaycan Səlcuq dövlətinin tərkibində olub. Bu tənqidlərin əsası yoxdur. Sadəcə üzülürəm".

Tarixçi Faiq Ələkbərli də tənqidlərin əksinə olaraq bildirib ki, "Bütöv Azərbaycan" ifadəsinin o dövrdə səslənməsi normaldır:

"Mən izləməmişəm, amma o dövrdə Bütöv Azərbaycan ifadəsinin işlənməsi və bu kimi məsələlər normaldır. Heç kəs nəsə deyə bilməz ki. Zatən o dövrdə Azərbaycana bir bütöv kimi baxılırdı. İfadə kimi səsləndirilməsi də mümkün ola bilərdi. Hesab edirəm ki, bu müsbət haldır. Bütünlükdə işdə bir qüsur ola bilər. Amma belə bir serial yayımlanırsa, həm tariximizi yeni nəsilə doğru-düzgün çatdırmağımız, həm də gələcəyimiz üçün önəmlidir. Çünki bilməlidirlər ki, Azərbaycan xalqı tək 10 milyon deyil, 50-60 milyondur. Onun ərazisi Yeni Azərbaycan Respublikasından ibarət deyildi. Ən azından Dərbənddən, Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər böyük bir coğrafiyanı təşkil edib.

Ola bilər ki, "Diriliş: Ertuğrul"a hansısa səhnələri oxşayır. Burada bir qəbahət yoxdur. Bəzən türk serialllarının özündə də bir-birinə bənzərlik olur. Əsas ideyanı, Azərbaycanın bütövlüyünü, xalqının bir olmasını izləyiciyə çatdırmaqdır. Əgər orada Təbrizin, Həmədanın, Zəncanın, Urmunun, Xoyun da Azərbaycan olması vurğulanacaqsa, bu, böyük işdir. Xalqımıızn mədəniyyəti, tarixi, fəlsəfəsi birdir. İnşallah gələcəkdə birlik məsələsi daha da güclənəcək".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2457   Tarix: 26 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021