Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq - FOTO

Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq - FOTOÖzümüzün yod zavodumuz olsa da, apteklərimizi yodla Rusiya və Ukrayna zavodları təmin edir. Ukraynadakı müharibə səbəbilə yodun ölkəyə gətirilməsində problemlər yaşanır. Nəticədə apteklərdə yod qıtlığı müşahidə edilir, qiymətlər də xeyli bahalaşıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

"Azərbaycanda yod defisitə çevrilib. Apteklərdə satışda Rusiyanın Yaroslavl əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsulu satılır. Onun da qiyməti noyabrın 1-dən 40 qəpikdən 1 manat 20 qəpiyə qaldırılıb. Yəni 300 faiz artım var. Yaxşı, bizim Neftçalada fəaliyyət göstərən "Azər-Yod" MMC-nin ildə istehsal etdiyi 400 ton məhsul hara gedir? Neftçaladakı bu zavod istehsal gücünə görə MDB ölkələri arasında 1-ci, dünyada isə 3 yerdədir. Yəni daxili tələbatı ödədikdən sonra ən azı 60 faiz ehtiyat qalır".

Bir neçə həftə öncə sosial şəbəkələrdə belə bir status yazılmışdı. Sosial şəbəkə istifadəçiləri də yod zavodumuzun - Neftçalada yerləşən "Azər-Yod" MMC-nin mövcud olduğunu, məhsul istehsal etdiyini və bir zamanlar aptekləri yodla təmin etdiyini bildirmişdilər.

Davam edən problem

Qeyd edək ki, apteklərdə olan yod çatışmazlığı bir neçə aydır mövcuddur. Göstərilən səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə daşınmadakı çətinliklərdir. 9 sentyabrda Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən bildirilmişdi ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.

Məsələnin həll olunub-olunmadığını öyrənmək üçün şəhərdəki apteklərdə reyd keçirdik. Müşahidələrimizə əsasən, aptekləri 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan apteklərdən bildirildi ki, hazırda satışda yod yoxdur. Az gəlir və tez də bitir. İkinci cərgəyə aid olanlarda yod var idi. Lakin özlərində də az olduğundan bir alıcıya 2-3 ədəddən artıq verə bilmirlər. Üçüncü qrupdakılar isə yodun kifayət qədər olduğunu və alıcı nə qədər istəyirsə, satdıqlarını bildirdilər. Amma bu üç qrupu birləşdirən məqam hamısının dilə gətirdiyi "depoya da məhsul az gətirilir" cümləsi oldu.

Yalnız Rusiya və Ukraynadan gəlir

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, oradan aptekləri dərmanla təmin etmədiklərini bildirdilər. Qeyd etdilər ki, bu məsələ ilə özəl şirkətlər məşğul olur.

Aptekləri dərmanla təmin edən şirkətlərdən Avromed Company QSC ilə əlaqə saxladıq. Şirkətdən verilən məlumata görə, yodla bağlı depoda da əskiklik var. Səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə yollardakı problemlərdən yodun Bakıya çətin gəlməsidir. "Aptekləri yerli yodla niyə təmin etmirsiniz?" sualının cavabında isə bildirildi ki, onlar yodu xaricdən gətirirlər.

Digər dərman təminatçısı şirkət AzəriMed QSC-dən də bildirildi ki, yodu Yaroslavl Əczaçılıq zavodundan gətirirlər.

Tibb müəssisələri, apteklər, dərmanlar haqqında ümumi məlumat bazası olan pharma.az saytında da yodu axtarışa verdikdə, apteklərdə Rusiya Federasiyasının Yaroslavl Əczaçılıq Zavodu QSC və Ukraynanın "Fitofarm" zavodunun məhsulu olduğunu görmək mümkündür.

2023-cü ildə apteklərdə yerli yod görəcəyik

Bəs əgər ölkəmizdə yalnız Rusiya və Ukraynaya məxsus yod varsa, o zaman Neftçalada yerləşən "Azər-Yod" MMC nə işlə məşğuldur?

Sualımıza cavab tapmaq üçün "Azər-Yod" MMC-ə sorğu göndərdik. Cavab olaraq bildirildi ki, hazırda "Azər-Yod" MMC-də xammal - xırda kristal yod istehsal edilir. Dərman preparatı olan 5 %-li yodun istehsalı 2023-cü ilin birinci rübündə nəzərdə tutulur. Xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin Azərbaycanı yodla təmin etməsi mümkün olacaq.

Zavodumuz var, amma xammalımız yoxdur

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli dedi ki, yodun istehsal olunması ilə bağlı problem xammalın çatışmamasıdır: "Azərbaycanda strateji əhəmiyyətli sektorlardan biri əczaçılıq sənayesidir ki, onu dövlət bilavasitə stimullaşdırmalı idi. Təəssüflər olsun ki, Azərbaycanda əczaçılıq sənayesi inkişaf etmədi. Yod çatışmazlığı da həmin zəncirin davamıdır. Düzdür, Neftçalada yod istehsal edən zavodumuz - "Azər-Yod" MMC var. Amma təəssüflər olsun ki, hələ də yod istehsal edib, qablaşdırıb, aptek sənayesinə çatdıra bilməmişik. Əgər bu gün əvvəlki istehsal yoxdursa, demək ki, xammal ehtiyatlarımız yetərincə deyil. Biri var yodu hazır gətirmək, biri də var kristalları alıb, istehsalını təmin etmək. Ölkəyə yod kristallarının - xammalın idxalı ilə bağlı da problem var. Bu da birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3275   Tarix: 26 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr