Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEO

Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEOÖtən gün baş verən daha bir hadisə ölkə gündəminin əsas müzakirəsinə çevrildi. Bu dəfə də törədilən cinayət hamını məyus etdi.

BAKU.WS xəbər verir ki, söhbət Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsindən gedir. Qətli Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək törətməkdə şübhəli bilinir.

Qətlin detalları açıqlanmasa da hadisənin baş verməsi acı mənzərə ortaya qoyub. Əvvəlcə ondan başlayaq ki, qətlə yetirilən Turan Rüstəmovun 16 yaşı var. İdmanla məşğul olan və gələcək həyatı parlaq görünən T.Rüstəmov əfsusları olsun ki, bu gün məzara qoyulub. Bəlkə də bu hadisə baş verməsəydi o, gələcəyin olimpiya çempionu və istedadlı idmançılarından biri olacaqdı.
Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEOOnu qətlə yetirməkdə şübhəli bilinən Ruslan Səfixanov isə mərhumdan cəmi 4 yaş böyükdür. Bu hadisədən sonra o da öz gələcəyini qaranlıq dünyaya və dəmir barmaqlıqlara qurban verdi. Mübahisənin hansı səbəbdən başlamasından asılı olmayaraq iki gəncin öz həyatını puç etməsi böyük təəssüf doğurur.
Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEOƏfsuslar olsun ki, gənclər aralarındakı mübahisəni ağıl, təmkin və səbrlə həll etməyə deyil, güc nümayiş etdirməyə üstünlük verdilər. Səbəbi nə olursa-olsun 16 yaşlı bir yeniyetmənin öldürülməsi bir cəmiyyət üçün fəlakətdir. Bu qətli mərhumdan 4 yaş böyük bir gəncin etməsi isə fəlakəti sunamiyə çevirir.

Heç bir mübahisə ölməyə, öldürməyə və kiminsə həyatını məhv etməyə rəvac vermir. Yaranmış mübahisələrə ağıl və səbrlə yanaşılan zaman bu kimi halların baş verməsi sıfıra bərabər olur.

Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 8464   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust