Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTO

Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTODünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bu zəlzələlərin yalnız beşdə biri hiss olunur, təxminən 100-ü dağıntılara səbəb olur.

BAKU.WS dünyanın ən güclü zəlzələlərinin siyahısını təqdim edir:
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOÇili - 22 may 1960-cı il

22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ indiyə qədər ölçülən ən böyük zəlzələdir. Zəlzələnin gücü 9,5 olub. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit Okeanda sürətlə irəliləyərək ciddi can və mal itkisinə səbəb olub.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOAlyaska - 28 mart 1964-cü il

28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOİndoneziya - 26 dekabr 2004-cü il

26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230.000 insanın ölümü ilə 21-ci əsrə damğasını vurub. 9,1-9,3 bal gücündə qeydə alınan üçüncü ən böyük zəlzələ idi. 8-10 dəqiqə arası davam edən zəlzələ indiyə qədər müşahidə olunan ən uzun müddətə malik olub və bütün planeti 1 sm hərəkət etdirib. Zəlzələnin mərkəzi Simeulue və Sumatra arasında idi.

Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOYaponiya - 11 mart 2011-ci il

2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqindəki Honsyu sahillərində qeydə alınan zəlzələ 24 km dərinlikdə, maqnitudası 9 bal gücündə olub. Bu zəlzələ Yaponiyanın indiyə qədər qeydə alınmış ən böyük zəlzələsidir və 1900-cü illərdən bəri dünyada qeydə alınan ən böyük beş zəlzələdən biridir. Yaponiya hökuməti təbii fəlakəti "Böyük Şərqi Yaponiya zəlzələsi" adlandırıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan sunami dalğaları baş verib. Sunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15900 nəfər həyatını itirib, 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTORusiya - 4 noyabr 1952-ci il

1952-ci il noyabrın 4-də Rusiyanın şərqində baş verən zəlzələnin gücü 9,0 bal gücündə olub. Zəlzələnin baş verdiyi Kamçatka bölgəsi Avstraliya, Asiya və Amerika qitələri arasında zəlzələ lövhələrinin yerləşdiyi və seysmik fəaliyyətlərin tez-tez yaşandığı "Sakit Okean Atəş Halqasının" şimal ucunda yerləşir. 1 milyon dollardan çox maddi ziyana səbəb olan zəlzələdə insan tələfatı olmayıb. 4 noyabr 1952-ci ildə Kamçatkada baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlərdən biridir.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOÇili - 27 fevral 2010-cu il

27 fevral 2010-cu ildə Çilinin Konsepsion şəhəri yaxınlığında çox güclü zəlzələ baş verib. Amerika Geoloji Xidmətinin 8,3 bal olaraq açıqladığı zəlzələnin maqnitudasını əvvəlcə 8,5, sonra isə 8,8-ə yüksəldib. Zəlzələnin episentri paytaxt Santyaqodan 325 kilometr cənub-qərbdə, Konsepsion şəhərindən 115 kilometr aralıda yerləşib. Yerin 35 kilometr dərinliyində baş verən zəlzələ təxminən 1,5 dəqiqə davam edib. 2 milyon insana təsir edən zəlzələdə 500 min ev dağılıb və ya ciddi ziyan dəyib.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOEkvador - 31 yanvar 1906-cı il

1906-cı ildə Ekvador və Kolumbiyada baş verən 8,8 bal gücündə zəlzələ hər iki ölkədə mindən çox insanın ölümünə səbəb olub. Zəlzələdən sonra meydana gələn sunami okeanı keçərək Yaponiyaya çatıb.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOAlyaska - 4 fevral 1965-ci il

1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi sunami nəticəsində baş verib.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOTibet - 15 avqust 1950-ci il

Assam zəlzələsi kimi tanınan bu zəlzələ 1950-ci ildə 8,6 bal gücündə baş verib. Çin, Tibet və Hindistanın bir çox şəhərləri 780 nəfərin həyatını itirdiyi bu təbii fəlakətdən zərər çəkib.
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTOİndoneziya - 28 mart 2005-ci il

2004-cü ildə baş verən böyük zəlzələdən sonra 2005-ci ildə İndoneziyanın şimalındakı Sumatra adasında daha 8,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin yaratdığı nəhəng dalğalar Şri-Lankaya çatıb və 400-dən çox insan xəsarət alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1862   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15 oktyabr
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr
.

ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b

15 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr
.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr