Yeni ildə dollar bahalaşacaq? - VİDEO
2015-ci il Azərbaycanda böyük devalvasiya ili kimi yadda qaldı. Manat ilin əvvəli ilə müqayisədə iki mərhələdə 99% devalvasiyaya uğradı. Milli valyutamız dollar qarşısında 34% dəyərdən düşdü.
Dolların məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə dəyişdi. 10 ay sonra təzyiqlərə tab gətirməyən manat ikinci dəfə ucuzlaşmaya məruz qaldı.
Budəfəki əmsal isə 47% oldu. Yeni məzənnə - 1 dollar/1,55 AZN təyin olundu. Mərkəzi Bank "üzən məzənnə" sisteminə keçidlə bağlı qərarını ictimaiyyətə bildirdi.
Sonrakı dövrlərdə dollar/manat məzənnəsi dəfələrlə yuxarı-aşağı hərəkət etdi. Hətta bəzi hallarda 1 dollar 1.90-2 AZN həddinə gəlib çatsa da, Neft Fondunun transferləri ilə manatın məzənnəsi bu günə qədər 1,7 AZN səviyyəsində qalmaqdadır.
Bəs görəsən, 2023-cü ildə manatın aqibəti necə olacaq?
Manata təzyiq göstərəcək, əsasən, üç amil var: idxalın çoxalması nəticəsində dollara olan tələbatın artması, ABŞ Mərkəzi Bankının fevral ayında keçiriləcək iclasında uçot dərəcəsini yenidən artıra bilməsi ehtimalı və nəhayət, neftin qiyməti.
Mütəxəssislərin fikrincə, 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən məhz manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar civarında nəzərdə tutulmuşdu.
Nəzərə alsaq ki, bu il neftin bareli 80-100 dollar arasında seyr edib, bu da öz növbəsində manata qarşı olan təzyiqləri tarazlamaqda Mərkəzi Banka dəstək olub. 2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat proqnozlaşdırılır. Fondun büdcəsində 2022-ci illə müqayisədə gəlirlər və xərclərin azalacağı gözlənilir.
Bəs görəsən, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi, məsələn, Türkiyədə silsilə devalvasiyalar, "üzən məzənnə" fonunda türk lirəsinin 18 dollar səviyyəsini keçməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar milli valyutaların çökməsi növbəti ildə manata təsir edəcəkmi?
Daha ətraflı BAKU.TV-nin süjetində:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg
31 iyul 2021Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI
18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval
18 may 2021Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
13 may 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021