Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Braziliya Ciu-citsusu üzrə Açıq Bakı Turniri
Bugün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının dəstəyilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Açıq Bakı Turniri keçirilmişdir.
Yarışın açılışında Ulu öndərin xatirəsinin yad edilməsi və Azərbaycan himninin səsləndirilməsinin ardınca Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov qonaqları salamlayaraq turniri açıq elan etmişdir. O, çıxışında ümummilli lider Heydər Əliyevin idmana xüsusi qayğısından, müasir idmanın formalaşmasında əhəmiyyətli rolundan danışmış, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin adət üzrə qarşıdan gələn "Heydər Əliyev ili"ndə də keçiriləcəyini bildirmişdir.
Daha sonra Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Aleşandre Azevedo Silveira öz çıxışında ölkəmizdə Braziliya döyüş sənətinin bu növünə olan diqqətdən və Azərbaycanla Braziliya arasında idman sahəsində əməkdaşlığın, mədəni və işgüzar əlaqələrin davamlılığından məmnun olduğunu bildirmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev çıxışında Ulu öndərin həyata keçirdiyi idman siyasətinin idmanın inkişafında təkanverici rolundan danışaraq həmin siyasətin müasir idmanın bünövrəsini təşkil etdiyini, onun xatirəsinə həsr olunmuş tədbirlərin davamlılığının vacibliyini vurğulamış və yarış iştirakçılarına uğurlar arzulamışdır.
Çıxışlardan sonra Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun təltif olunduğu Fəxri fərmanı müşavirə təqdim etmişdir.
Ardınca bədii hissədə Respublikanın əməkdar artisti Zaur Əmiraslanov Ulu öndərə həsr olunmuş ifası ilə çıxış etmişdir.
Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında yarışlarda respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qruplarından və çəki dərəcələrindən olmaqla 200-ə yaxın idmançı iştirak etmişdir. Sonda qaliblər medal və mükafatlarla təltif olunmuşdur.











Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1190 Tarix: 11 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSotomayor karyerasını bitirdi
Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd
11 sentyabr 2021"Yuventus"un gənc futbolçusu öldü
İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə
5 sentyabr 2021MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda
5 sentyabr 2021Pele əməliyyat olundu - FOTO
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
6 sentyabr 2021"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu
Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00
11 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib
Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç
12 sentyabr 2021