Sevgilisinin arvadını öldürməyi rəfiqəsinə sifariş edibmiş... - Aytacın qətlinin təfərrüatı

Sevgilisinin arvadını öldürməyi rəfiqəsinə sifariş edibmiş... - Aytacın qətlinin təfərrüatıQəbələdə rəfiqəsi Kemale Maksumbekova ilə əlbir olaraq sevgilisi Kamran Əliyevin arvadı 23 yaşlı Aytac Əliyevanı öldürən Rufanə Nəbiyevanın məhkəmə prosesi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1978-ci il təvəllüdlü Kemale Maksumbekova 17 il 6 ay, 1993-cü il təvəllüdlü Rufanə Nəbiyeva isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayətin təfərrüatına gəlincə, dəhşətli hadisə bu ilin martın 5-də baş verib.

Belə ki, Kamran evli ola-ola Rufanə ilə sevgili münasibətində olub və qadına Aytacı boşayıb onunla evlənəcəyinə dair söz verib. Kamranın sözünün üstündə durmaması Rufanəni özündən çıxarıb və bu durumla barışmayıb. O, rəfiqəsi Kemale ilə telefon danışığı zamanı bezdiyini, intihar barədə düşündüyünü deyib. Telefon danışıqlarının birində isə Kemaleyə Aytacı öldürmək sifarişini verib.

Bundan sonra rəfiqələr cinayətin planını cızıblar. Onlar əvvəlcə Kamranın evə nahara gəlib-getdiyi vaxtı müəyyənləşdiriblər. Kemale Rufanənin kirayə yaşadığı evə gələrək planı bir daha müzakirə ediblər. Qərara gəliblər ki, onlar Aytacın evinin qapısını qonşu adıyla döysünlər və qapını açan zaman onun başına daşla zərbə vursunlar.

Ən dəhşətlisi odur ki, bu hadisə törədilən zaman Kemalenin 2008-ci il təvəllüdlü oğlu da cinayətkar fəaliyyətə cəlb edilib.

Belə ki, hadisə zamanı Rufanə evdə qalıb, Kemale isə yaşının az olmasına baxmayaraq, fiziki cəhətdən güclü olan oğlu ilə bazara gedərək özlərindən iz saxlamamaq üçün tibbi əlcək, üzlərinin görünməməsinə görə qara idman papaqları, Aytacın əl-qolunu bağlamaq üçün "skoç" və onun meyitini qoymaq üçün bazar torbası alıblar.

Bundan sonra Kemale yetkinlik yaşına çatmayan oğlu ilə birgə Aytacın qapısını su istəmək adıyla döyüblər. Qapı açılan zaman isə Kemale Aytacın başına Rufanənin verdiyi çay daşıyla vuraraq evin içinə salıb. Aytac qışqırıb kömək çağırmaq istəyəndə isə, Kemale daşla onun başına daha bir neçə zərbə endirib, daha sonra "skoç"u ağız və burnuna dolayıb, eyni zamanda bu vasitədən istifadə edərək onu boğub. Öz oğlunu hədələyərək cinayətə cəlb edən Kemale, övladına Aytacın ayaqlarını tutub saxlamağı tapşırıb.

Hadisə törədilən vaxt Aytacın azyaşlı oğlu evdə olub. Bu zaman Kemalenin oğlu uşağın olduğu otağa keçərək onu sakitləşdirməyə çalışıb. Bir qədər sonra səs-küyə gələn qonşulardan biri Aytacın evinin qapısını döyüb. Kemale isə öldürdüyü Aytacın əvəzinə cavab verərək uşağın yatdığını bildirib.
Sevgilisinin arvadını öldürməyi rəfiqəsinə sifariş edibmiş... - Aytacın qətlinin təfərrüatıKemale Aytacın ölümünə əmin olduqdan sonra, döşəməyə sıçramış qan izlərini silib. Bundan sonra isə o, Aytacın guya evdən küsüb getdiyi görüntüsünü yaratmağa çalışıb. Məqsəd də o olub ki, guya Aytac başqasına qoşulub qaçaraq Kamrana xəyanət edib. Rəfiqələr daha sonra öldürülən Aytacın telefonu ilə Kamrana sözdə xəyanətə dair mesajlar yazmalı imiş.

Kemale ilə oğlu qadının cəsədini özləri ilə gətirdiyi bazar torbasına qoyublar, eyni zamanda, Aytacın paltarlarını, əşyalarını da ora yığıblar, telefonunu isə özləri ilə götürüblər.

Onların məqsədi Aytacın meyitini həmin binanın zirzəmisində gizlətmək olub. Lakin qapıdan çıxan zaman qonşu onları görüb və Kemeledən nə apardıqlarını soruşub. Bu zaman torba ağırlıqdan cırılıb və Aytacın qolu torban çıxıb. Bundan sonra, Kemale binanın blokundan çıxaraq bir tərəfə, oğlu isə digə tərəfə qaçıb.

Hadisədən sonra Kemale Şəkidəki, oğlu isə Rufanənin evinə gedib. Qısa müddət sonra polis əməkdaşları Kemalenin evinə gələrək Qəbələ rayon Polis Şöbəsinə dəvət ediblər. O, bu zaman cinayətin üstünün açılmasından qorxaraq özünə bıçaq xəsarətləri yetirməyə cəhd göstərib, lakin polis əməkdaşları buna imkan verməyib. Polis şöbəsində isə cinayət etiraf edilib. Rufanə Nəbiyevanın saxlanılma xəbəri isə Baş Prokurorluq tərəfindən martın 9-da rəsmən açıqlanıb.

O da məlum olub ki, cinayətdən əvvəl rəfiqələr Aytacı qorxutmaq məqsədilə onun yaşadığı binada yanğın törətməyə də razılaşıblar. Bu məqsədlə Kemale Aytacın yaşadığı binanın dəhlizinə gedərək, elektrik kabellərinin topa olan hissəsinə selofan və kağızları yığaraq yanğın törətmək məqsədi ilə yandırıb oradan uzaqlaşıb. Ancaq çox geniş bir yanğın olmayıb. Məqsəd isə Aytacın yanğından qorxaraq həmin ünvanı tərk edib oradan getməsinə nail olmaq olub. Yanğın törətdikdən sonra Kemale Rufanənin yaşadığı mənzilə qayıdıb, gecəni orada qalıb, səhəri günü taksi ilə Şəkiyə qayıdıb.

Qeyd edək ki, qətlə yetirilən Aytac Əliyeva eyni zamanda, Kamranın dayısı qızı olub. Onların bu evlilikdən bir övladı dünyaya gəlib. Kamran Əliyev Daxili Qoşunların hərbi qulluqçusu olub. Bu səbəbdən Qəbələdə Zarağan-2 şəhərciyində yaşayıb. Maraqlıdır ki, Kamran Əliyev 6 il münasibəti olduğu sevgilisi Rufanəyə də eyni ərazidə kirayə ev tutubmuş.//"Qafqazinfo"


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2414   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021