2022-ci ildə dünyasını dəyişən sənət adamları
2022-ci il sənət aləmində qalmaqallı, toylu-büsatlı, söz-söhbətli keçdiyi qədər, üzücü xəbərləri ilə də bol olub. Bu il də bir çox sənət adamı vəfat edib.
Axşam.az 2022-ci ildə itirdiyimiz məşhurların siyahısını təqdim edir:
Müğənni-bəstəkar Rəhim Rəhimli sentyabrda dünyasını dəyişib. Sənətçinin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb. Bildirilib ki, Rəhim sirrozdan əziyyət çəkirmiş.
Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib. O, qızının yanında, Honq-Konqda vəfat edib və nəşi Bakıya gətirilərək, dəfn olunub.
"Yeni ulduz" yarışmasının iştirakçısı Samir Cabbarov bir neçə gün əvvəl vəfat edib. 31 yaşlı müğənni xərçəngdən əziyyət çəkirmiş.
Aktrisa Məqsudə Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə vəfat edib. O, uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş .
Əməkdar artist Süleyman Abdullayev də 2022-ci ildə dünyasını dəyişib. Dədə Süleyman uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.
Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.
Xalq artisti Əlibaba Məmmədov vəfat edib. Sənətçi 92 yaşında dünyasını dəyişib.
Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib.
Azərbaycanlı dirijor Fazil Əliyev vəfat edib. O, 77 yaşında ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişib.
Azərbaycanın görkəmli teatr rejissoru, Xalq artisti Vaqif Əsədov 2022-ci ildə vəfat edib.
Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib. O, 71 yaşında dünyasını dəyişib.
Xalq artisti Zülfüqar Abbasov vəfat edib. Rejissor 81 yaşında dünyasını dəyişib.
Xalq artisti Kamil Cəlilov vəfat edib. Qaboy ifaçısı 84 yaşında dünyasını dəyişib.
Amerikada yaşayan aktrisa Firəngiz Rəhimbəyova da bu il 62 yaşında dünyasını dəyişib. O, Los-Ancelesdə dəfn olunub.
Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev bu gün 84 yaşında vəfat edib.
Əməkdar artist Novruz Qartal vəfat edib. Aktyor uzun müddət bağırsaq xərçəngindən əziyyət çəkib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO
Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü
29 sentyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrTanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
3 oktyabrKeçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf
Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd
29 sentyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl
4 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr