Əmək haqqı və pensiyalar artırılacaqmı?..

Əmək haqqı və pensiyalar artırılacaqmı?..Ötən gün Türkiyədə minimum əmək haqqı növbəti dəfə artırılaraq, 8506 lirə, yəni 775 manat oldu. Azərbaycanda isə bu il yeni islahatlar paketi tətbiq edildikdən sonra minimum əmək haqqı 300 manat olmuşdu. Qlobal dünyada artan inflyasiya fonunda, ərzaq məhsullarının və digər xidmətlərin qiymətinin artması yenidən sosial paketə baxılmasını tələb edir.

İqtisadçı Pərviz Heydərov bizimyol. İnfo xəbər portalına açıqlamasında bildirib ki, 2023-cü il üçün sosial istiqamətdə dövlət büdcəsindən müvafiq vəsait ayrılmışdı ki, həmin vəsait hesabına ölkədə bir sıra sosial ödənişlər üzrə artımlar həyata keçirilməsi nəzərdə tutulur. Ekspert bildirir ki, ölkədə minimum əməkhaqqı və pensiya məbləğinin artırılacağı gözlənilir.

"Pensiyaların indeksləşdirilməsi qaydası dəyişdirilib. Yəni, əlavə qulluğa görə əmək pensiyası alanların, əlavə qulluq haqqı kimi əmək pensiyasına çıxanların, dövlət qulluqçuları, hərbçilər və digərlərinin pensiyaları indeksləşdirmə zamanı artmırdı. Yalnız vaxtilə işlədiyi sahədə dövlət qurumlarında maaş artardırsa, onların da əmək pensiyalarında artım baş verirdi. Gələn ildən bu qayda aradan götürülür, həmin şəxslərin də əmək pensiyaları adi əmək pensiyaları kimi indeksləşdiriləcək və artırılacaq.

Bu il 200 manat məbləğində əmək pensiyası alanlara, prezident tərəfindən əlavə ödəniş verilirdi. Bu 200 manat ilin 3 ayı üzrə 4 yerə bölünərək rübdə bir dəfə 50 manat şəklində pensiyalara əlavə edilirdi. Amma gələn ildən o 200 manat 12 yerə bölünəcək, bu isə 16,67 manat edir. Hər ay pensiyaların üzərinə gələcək və əmək pensiyaları ondan sonra bu il üzrə orta illik əmək haqqı artımı göstəricisinə əsasən, indeksləşdiriləcək"-deyə o qeyd edib.

İqtisadçı bildirir ki, minimum əməkhaqqının artırılacağı deyilməsə də, artırılacağı güman edilir. Çünki, minimum əməkhaqqı bu ilin əvvəlində, yanvarın 1-də artırılaraq, 300 manat olmuşdu. Əvvəlcə bu məbləğ 250 manat idi.

2 il bundan qabaq 2019-cu ildə 2 dəfə artırılmışdı. 2019-cu ildə minimum əməkhaqqı, yeganə illərdən biri idi ki, minimum həyat göstəricisi iki dəfə artmışdı.

"Pandemiya ili, 2020-ci ildə heç bir sosial istiqamətdə artımlar həyata keçirilə bilmədi. Keçən il də heç bir artım həyata keçirilməmişdi. Bu il yanvarın 1-dən maaşlar artdı. Minimum əmək haqqı 300 manata qalxmaqla maaşlar artırıldı. Minimum pensiya məbləği 240 manata qədər qaldırılaraq, yüksəldildi. Növbəti ildə sosial istiqamətdə artım olduqca zəruri xarakter daşıyır. Çünki, artıq başa çatan bu ildə inflyasiya çox yüksək səviyyə təşkil edib. Hətta, ərzaq inflyasiyası ümumi inflyasiya səviyyəsindən yüksək olub"-deyə o əlavə edib.

P. Heydərov qeyd edir ki, bu il ərzaq inflyasiyası 20 faizin ətrafındadır.

Ümumi inflyasiya göstəricisi isə 14 faiz civarındadır. Yəni, bu artımlar yüksək və təsirli xarakter daşıdığından gələn il istər-istəməz hökumətin maaş, pensiya və sosial müavinətlərin artımına getməsi məcburi xarakter daşıyır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 25038   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr