Ərdoğanın Əsədlə görüşü gündəmdədir
Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq.
Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
"Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəlikdə duran növbəti məsələ yüksək səviyyədə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. Biz bu günə qədər əldə olunan irəliləyişdən razıyıq", - deyə o bildirib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan bəri pisləşib. Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də jurnalistlərə bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə Suriya lideri Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, bu sammitdən əvvəl xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.
Dekabrın 28-də Moskvada Türkiyə, Suriya və Rusiya Federasiyasının Müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar olub. Yanvarın ikinci yarısında üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tuta bilər ki, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri arasında danışıqlar məsələsi daxil ediləcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1054 Tarix: 02 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrSON DƏQİQƏ: Tacikistanda 6,0 bal gücündə zəlzələ oldu
Tacikistan ərazisində 6,0 maqnitudalı güclü zəlzələ qeydə alınıb. Bizim.Media xəbər verir ki, Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Vəhdət şəhərindən 14 kilometr aralıda yerləşib. Güclü təkanlar ölkənin paytaxtı Düşənbədə də hiss olunub. Mütəxəssislərin bildirdiyinə görə
13 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabr