Ərdoğan Putinlə hansı məsələləri müzakirə edəcək?
Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqların gündəmində olacaq əsas məsələlər məlum olub.
Ukrayna böhranının həlli, Türkiyə ərazisində qaz qovşağının yaradılması layihəsi və Suriya problemi müzakirə mövzusu olacaq.
"Aydındır ki, Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə edəcək və iki ölkə rəhbərliyi ilə təmasların saxlandığını nəzərə alsaq, Ankaranın bu istiqamətdə yeni təşəbbüslərini istisna etmək olmaz. Qovşağın yaradılması layihəsi hər iki tərəfin gündəmində duran olduqca aktual məsələdir. Türkiyə tərəfi il ərzində Avropaya təbii qaz tədarükü mərkəzinin yaradılması və qiymətlərin formalaşdırılması planlarını açıqlayıb. Prezidentlərin Türkiyədə ilk enerji bloku olan "Akkuyu" AES-in tikintisi layihəsinə də toxunacaqları gözlənilir. Bu enerji blokunun bu il istifadəyə verilməsi planlaşdırılır", - deyə Ankaradakı mənbə iki ölkə liderləri arasında mümkün danışıqlar gündəmini şərh edərkən bildirib.
Onun fikrincə, Suriya məsələsi Türkiyə və Rusiya prezidentlərinin müzakirə edə biləcəyi başqa bir məsələ olacaq.
"Dekabrın sonunda Moskvada müdafiə nazirləri səviyyəsində Suriya üzrə üçtərəfli görüş keçirildi. Hazırda xarici işlər nazirlərinin danışıqları planlaşdırılır ki, bunun da nəticəsində Türkiyə və Suriya prezidentlərinin Rusiya Federasiyasının iştirakı ilə görüşü baş tuta bilər", - deyə mənbə qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1313 Tarix: 04 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrNürnberq aeroportu fəaliyyətini dayandırıb
Sərnişin təyyarəsinin göyərtəsində ehtimal edilən fövqəladə vəziyyətlə əlaqədar Almaniyada Nürnberq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. xəbər verir ki, bu barədə yerli polisə istinadən Almaniyanın "Bild" nəşri məlumat yayıb. "Biz bunun havada baş vermiş fövqəladə vəziyyə
13 oktyabr