Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.
"Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib.
Sibiqa qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.
"Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.
O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti dəstəyə layiqdir.
Daha əvvəl Tramp Ağ Evin qarşısında jurnalistlərlə söhbətində Ukraynanın yeni prezident seçməli olduğu fikrini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 199 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, Tehran hələ d
10 oktyabrDava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrGömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11 oktyabrNATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10 oktyabr