"Ola bilər ki, maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin" - AÇIQLAMA
"Hazırda minimum əməkhaqqı və pensiyalarda elan olunan artım inflyasiyadan çoxdur".
Bu sözləri İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov deyib. Ekspert diqqətə çatdırıb ki, 2022-ci ildə ölkədə rəsmi olaraq inflyasiyanın həddi 13,5 faiz elan olundu və hökumətin qeyd etdiyi kimi, daha çox ərzaq məhsullarının qiymət artımı hesabına inflyasiya formalaşdı:
"Qiymətlərin qalxması fonunda inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsiri səbəbilə, təbii ki, əməkhaqqı və pensiyaların həcmində artım planlaşdırılırdı. Hazırda minimum əməkhaqqı 15 faiz, minimum pensiyada isə 17 faizə yaxın artım nəzərdə tutulub və hər ikisi inflyasiyadan çoxdur. Burada əsas məqsəd 2023-cü ildə qiymətlərin sabit qalmasına nail olmaqdır. Bir çox ekspertlər, beynəlxalq təşkilatlar 2023-cü il üçün inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır, təxminən 4-5 faiz həcmində olacağı düşünülür. Əgər hökumət buna nail olarsa, düşünürəm ki, minimum əməkhaqqının 15 faizlik artımı əhalinin alıcılıq qabiliyyətini qismən qoruya bilər".
İqtisadçı hesab edir ki, iyun ayında büdcəyə yenidən baxıla bilər:
"Digər kateqoriyalardan əməkhaqqı artımı hələ ki elan olunmayıb. Ancaq minimum əməkhaqqından qaynaqlanaraq digər maaşların da ən azı 15 faizlik bir artım nəzərə alınır. Ola bilər ki, yeni kateqoriyalar, müxtəlif qruplar üzrə il ərzində maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin. Çünki büdcədə təxminən əməkhaqqıyla bağlı 20-25 faizlik bir artım nəzərdə tutulub. İyun ayında büdcəyə yenidən baxıla bilər. Amma mövcud artım da əvvəlki ilin infliyasiyasına adekvat, hətta bir az üstündədir"./Oxu
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir
İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind
9 iyunAzərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 88,229 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 14,37
23 mayAzərbaycanda əhalinin gəlirləri nə qədər artıb?
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb
10 iyunAzərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur. Son 1 ildə Azərbaycanı
7 iyunBu il pomidor ucuzlaşmayacaq - Fermer səbəbi açıqladı
Bu il Azərbaycanda pomidorun qiyməti enməyəcək. Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov son iki ayda pomidorun ucuzlaşmasından danışarkən deyib. Fermer bu il ölkədə pomidor əkininin 50 faiz azaldığını vurğulayıb:. "Fermerlər pomidor əkmədi. Əkənlərdə sahəni yarıya qədər azaldıb. Keçə
6 mayAzərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib
Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi
4 iyun