Sumqayıtda gecəyarısı "bomj"ların qanlı davası – Təfərrüat

Sumqayıtda gecəyarısı "bomj"ların qanlı davası – TəfərrüatSumqayıt şəhərində 1982-ci il təvəllüdlü Çingiz münaqişə zamanı Vəlixanı öldürüb.

Hadisə şəhərin Sülh küçəsində, "Aviakassa" deyilən ərazinin qarşısındakı meydanda baş verib.

Çingiz əvvəlcədən tanıdığı Vəlixanla həmin ərazidə qarşılaşıb. O, bir müddət öncə mübahisə zamanı Vəlixanın ona yetirdiyi xəsarətin intiqamını almaq qərarına gəlib.

Qisas, yoxsa qətl

Çingiz Vəlixana yaxınlaşaraq onunla mübahisə edib, sifət nahiyəsinə yumruq vurub. Zərbənin təsirindən Vəlixan yerə yıxılıb. Çingiz Vəlixanın yaxasından tutaraq baş nahiyəsini yerə çırpıb, sonda isə sifətini təpikləyib. Vəlixan başın küt travması nəticəsində Sumqayıt şəhər Təcili və Tibbi yardım xəstəxanasında ölüb.

İstintaq orqanı tərəfindən Çingizin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

"Özümdə olmamışam"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Çingiz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, bir müddət əvvəl Vəlixan əlindəki şüşə ilə onun boğazını kəsib: "Mən isə onu itələyərək yıxmışam. Post-patrul xidmətinin əməkdaşları məni görərək xəstəxanaya aparıblar. Boğazıma tikiş qoyulub, saat 3-dən 6-ya kimi orda saxlayıblar, sonra evə buraxıblar.
Bu hadisədən 1 həftə sonra skamyada oturan zaman Vəlixan da gəlib yanımda oturdu. Vəlixan içkili idi, məni söydü. Mən də onu şillə vuraraq ordan uzaqlaşdım. Ona təpik vurmamışam. Mağazandan çıxan bir şəxs Vəlixanın qoluna girərək onu ordan apardı".

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməyib. O, ifadəsini verən zaman özündə olmadığını bildirib.

"Düşmənçiliyim olmayıb"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, həmin ifadəsində göstərib ki, spirtli içki alduçəsidir: "Bununla bağlı 9 dəfə Sumqayıt şəhər narkoloji dispanserində müalicə də almışam. Təxminən 2-3 il bundan əvvəl Sumqayıt şəhər narkoloji dispanserində müalicə alarkən orada müalicə alan digər şəxs Zöhrabla tanış olmuşam.

Dispanserdə müalicə alıb çıxdıqdan sonra Zöhrabla tez-tez görüşdük. "Heydər" parkında və dəniz kənarında spirtli içki qəbul etmişik. Zərərçəkmiş Vəlixanı əvvəllər tanımamışam. Onunla hər hansı ədavət və ya düşmənçiliyim olmayıb".

"Boğazımı kəsdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, qətl haduisəsindən bir müddət əvvəl, təxminən gecə saat 3 radələrində Zöhrabı tapmaq üçün onun tez-tez olduğu "Bələdiyyə parkı" deyilən yerə gəlib:

"Parkda ətrafa baxdım, Zöhrabı tapmadım. Parkda biri qadın, biri kişi, iki nəfərin spirtli içki içdiyini gördüm. Sonradan adının Vəlixan olduğunu bildiyim şəxsə yaxınlaşıb Zöhrabı soruşdum. O, məndən Zöhrabın kim olduğunu soruşdu, qardaşım olduğunu dedim.

Vəlixan mənə gözləməyimi, qayıdıb Zöhrabın yerini göstərəcəyini dedi. Sonra bir qədər aralıya getdi. Cibindən kiçik ölçülü spirtli içki butulkası çıxararaq içdi və butulkanı yerə ataraq sındırdı. Mənə yaxınlaşaraq sol əlini çiynimə qoydu, hansısa istiqaməti göstərdi, Zöhrabın orada olduğu bildirdi. Anidən sağ əlində tutduğu şüşə qırıntısı boğazımı kəsdi.

Vəlixanı özümdən itələyərək ona şillə vurdum. O, müvazinətini itirərək parkdakı skameykada oturdu. Xəstəxanaya getmək üçün parkın yanındakı yolu keçəndə Post Patrul Xidmətinin əməkdaşları məni qan içində görüb, avtomobili saxladılar, Təcili Tibbi Yardıma zəng vurdular. Bu zaman huşumu itirdim.

Ayıldıqda artıq Sumqayıt şəhər Travmatologiya xəstəxanasında olduğumu, həkimlərin boğazımı tikdiyini gördüm. Təxminən 3-4 saat xəstəxanada qaldıqdan sonra öz evimə gəldim".

"Boğazımı kəsdiyin adam olduğumu dedim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qətl hadisəsi baş verən günü, təxminən gecə saat 3 radələrində tanımadığı taksi ilə Bakı şəhərindən Sumqayıta gəlib: "Sumqayıt şəhərində "Aviakassanın" yanındakı "Bələdiyyə" parkı istiqamətində yolu keçmək istəyəndə Vəlixanın da həmin yolu park tərəfdən keçərək mənə doğru gəldiyini gördüm. Boğazımı nə üçün kəsdiyini öyrənmək üçün ona yaxınlaşdım. Məni tanıyıb-tanımadığını soruşdum.

Vəlixan sərxoş vəziyyətdə olduğundan mənə "çıx get, keçən dəfə bir nəfərin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazıvı kəsim" dedi. Yaxınlıqdakı aptekə gedərək spirt aldım və içdim.

Vəlixan aptekə getdikdə "Aviakassanın" qarşısındakı meydanda yerləşən oturacaqda əyləşdim. O, aptekdən çıxdı, yanıma gələrək oturacaqda əyləşdi. Yenidən məni tanıyıb-tanımadığını soruşdum. Məni tanımayanda keçən dəfə boğazımı kəsdiyi adam olduğumu dedim. Ona bir şillə vurdum. Vəlixan qalxıb digər oturacağın yanındakı işıq dirəyinə söykəndi.

Vəlixanın yanına gedərək ona bir şillə zərbəsi endirdim. Bu zaman o, müvazinətini itirdi, huşsuz vəziyyətdə arxası üstə yerə yıxıldı. Bir neçə şillə də vurdum, yaxasından tutaraq 2 dəfə arxası üstə yerə çırpdım. Ayağa qalxaraq bir dəfə də təpiklə sifət nahiyəsinə vurdum.

"Heydər" parkına getdim, tanımadığım taksi ilə Bakı şəhərinə yola düşdüm".

"Öldüyünü öyrəndim"

Təqsirləndirilən qeyd edib ki, sonra qardaşı Rasimə zəng vuraraq hal-əhval tutub: "Rasim polislərin məni axtardığını və təcili olaraq Sumqayıt şəhərinə gəlməyimi bildirdi. Mən də Sumqayıt şəhərinə, evimə gəldim. Qonşular anam və bacımın polis bölməsində olduğunu bildirdilər. Məsələnin bir müddət əvvəl aldığım xəsarətlə bağlı olduğunu fikirləşdiyimdən 3-cü polis bölməsinə getməyə başladım. Yolda olarkən tanımadığım polis əməkdaşları mənə yaxınlaşdılar və 4-cü polis bölməsinə gətirdilər. 4-cü polis bölməsində Vəlixanın öldüyünü öyrəndim".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Vəlixanla mübahisə edən zaman onu öldürmək niyyəti olmayıb: "Yalnız bu hadisədən əvvəl boğazımı kəsdiyi üçün Vəlixandan qisas almaq üçün onu döymüşəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində qardaşı tanınıb. O bildirib ki, Vəlixan tüfeyli həyat tərzi keçirib: "Bacım mənə zəng edərək, qardaşımızın öldüyünü və morqda olduğunu bildirdi. Həkim Vəlixanın beyninə qan sızmasından öldüyünü bildirdi. Təqsirləndirilən şəxsə qarşı hər hansı tələbim yoxdur və onunla barışmışıq".

Çingiz 9 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2657   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021