Pensiya və əməkhaqqı artımı: Hamı sevinə biləcəkmi?

Pensiya və əməkhaqqı artımı: Hamı sevinə biləcəkmi?Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Xatırladaq ki, hökumət 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını bərabərləşdirərək 246 manata çatdırıb. 2022-ci il ərzində davam edən bahalaşma sosial ödənişlərin və maaşların əhəmiyyətli şəkildə artrılmasını diktə edirdi. Müstəqil iqtisadçılar kommunal tariflərin, ərzaq və gündəlik tələbat mallarının, habelə rüsumlar və xidmət haqlarının əhalinin gəlirlərinə 40 faizdən artıq əlavə yük yaratdığını bildirirlər. Hökumətin artım qərarı isə pensiyalarda 16.7, minimum əmək haqqında 20 faiz civarında oldu.

Kəskin bahalaşma fonunda hökumətin artım qərarı itkiləri tam kompensasiya etməsə də, müsbət hadisə sayılır. Amma hazırkı sosial təminat sistemində elə qaydalar var ki, bir çox hallarda maaş, pensiya artımlarından əlavə problemlərin yaranmasına səbəb olur.

Öncə qeyd edək ki, Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə, ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının (848 manat) 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir. Göründüyü kimi, son artım da bu rəqəmin hələ əlçatmaz olduğunu göstərir.

Problemlərə gəlincə, pensiya artımı ancaq 240 manatdan 280 manata qədər təqaüd alanlara şamil ediləcək. 280 manatdan yüksək təqaüd alanlar Prezidentin Sərəncamından faydalana bilməyəcəklər. Nazirlik bəyan edib ki, artım 100 min nəfərə şamil olur, Azərbaycanda təqaüdçülərin sayı isə 750 min nəfərə yaxındır. Qeyd edək ki, bu təbəqə əsasən 40 ildən artıq iş stajına malik olan vətəndaşlardır. Onların əksəriyyəti 290-310 manat civarında təqaüd alır. Beləliklə, onilliklər ərzində işləyib dövlətə ödəniş etmiş yaşlı vətəndaşların gəlirləri ilə minimum pensiya arasında 20-25 manat fərq olacaq. Bu, birmənalı şəkildə sözügedən vətəndaşlara qarşı ədalətsizlikdir.

Gözlənilir ki, fevral ayında 2022-ci il ərzində orta aylıq inflyasiya həddinə görə onların gəliri indeksasiya olunsun. Hökumət kuluarlarında gəzən xəbərlərə görə, hökumət 15 faizlik indeksasiya haqqında düşünür. Bu da ötən ilki bahalaşmanın real itkilərinin yarsından azı deməkdir. Daha sonra ötən il ərzində hər rübdə pensiyaçılara verilən 50 manat (il ərzində toplam 200 manat) aylara bölünərək təqaüdlərə əlavə ediləcək. Hökumətin onu necə təqdim etməsindən asılı olmayaraq ona 2023-cü ildə real gəlir artımı demək mümkün deyil.

İkinci mühüm problem minimum əməkhaqqı artımı ilə bağlıdır. Nazirlik bildirir ki, bu sərəncamdan 700 min nəfər faydalanacaq. Nazirlər Kabineti Vahid Tarif Cədvəlinə uyğun olaraq gəlirlərin necə dəyişəcəyini qarşıdakı bir ayda müəyyən etməlidir. Əlbəttə, hər işçinin maaşının 45 manat artmasından söhbət getmir, bu vətəndaşların çalışdığı sahələrə, aldıqları əmək haqqına görə dəyişəcək. Ölkədə muzdlu işçilərin sayının 1.8 milyon nəfər çivarında olduğunu, onların 900 min nəfərdən artığının dövlət sektorunda çalışdığını nəzərə alsaq, maaş artımının onların hamsını əhatə etməyəcəyi məlumdur.

Minimum əmək haqqının artırılması pensiya hüququ əldə etmək üçün tələb olunan pensiya kapitalının kəskin şəkildə yüksəlməsi deməkdir.

İqtisadçı Toğrul Maşallı Press Klub-a açıqlamasında bildirib ki, pensiya qanunverciliyi tamamilə dəyişdirilməlidir:

"Pensiya əldə etmək üçün tələb olunan 25 illik staj məsələsi aradan qaldırılmalıdır, ikincisi, 65 yaş həddi azaldılmalıdır. Çünki Azərbaycanda orta ömür o qədər deyil, həmçinin pensiya əldə etdikdən sonra insanlar heç 5-7 il yaşaya bilmirlər. Ona görə pensiya kapitalını hesablama üsulu mütləq dəyişdirilməlidir. Pensiya kapitalı dəqiq bir rəqəm olaraq müəyyən edilməlidir və hazırda olduğu kimi hər il dəyişməməlidir. Onun artımı heç bir halda orta aylıq əmək haqqından asılı olmamalıdır".

Ekspert vurğulayıb ki, eyni zamanda hökumət nəzərə almalıdır ki, ölkədə xeyli sayda vətəndaş xidməti müqavilə ilə çalışır, onların pensiya kapitalı toplamaq imkanları xeyli məhduddur. Onun sözlərinə görə, ən yaxşı halda 65 yaşa qədər onlar minimal pensiya üçün kapital toplaya bilərlər:

"Tikintidən kənar digər sahələrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri dövrdə hər ay minimum aylıq əməkhaqqının 25% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Bu məbləğ hesabına da pensiya kapitalı toplanılır. Eyni zamanda bildiyiniz kimi Azərbaycanda bir çox işçilər (kuryer, dizayner, tərcüməçi, taksi və s.) xidməti müqavilə ilə çalışırlar. Yəni onların gələcəkdə pensiya almaq imkanları birbaşa bu ödənişlərdən asılıdır. Gəlin indi baxaq, bugünkü dəyişikliklərdən sonra vəziyyət necə deyişəcək:

01.01.2023-cü ilə qədər: aylıq 75 manat, tələb olunan pensiya kapitalı 34 560 manat. Buna nail olmaq üçün 38,4 il çalışmaq lazımdır.

01.01.2023-cü ildən etibarən: aylıq 86,25 manat, tələb olunan pensiya kapitalı 40 320 manat. Buna nail olmaq üçün 38,9 il çalışmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 7239   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr