Naxçıvanda dəhşətli cinayət: Qayınata və gəlinin meyitləri tapıldı - TƏFƏRRÜAT

Naxçıvanda dəhşətli cinayət: Qayınata və gəlinin meyitləri tapıldı - TƏFƏRRÜATNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1995-ci il təvəllüdlü Anarın həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) işgəncə verməsi nəticəsində qadın özünə qəsd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Anarın Xumarla nikahı dövlət qeydiyyatına alınmasa da, onlar ər-arvad kimi yaşayıblar.

Anar ondan maddi və digər cəhətdən asılı olan Xumarı dəfələrlə döyüb, onunla amansız rəftar edib.

Bundan başqa, o, Xumarı və valideynlərini söyüb, təhqir edib, ləyaqətini mütəmadi aşağılayıb. Nəticədə Xumar 5 may 2021-ci ildə yaşadığı evin damında özünü asaraq intihar edib.

Əlavə edək ki, Xumarla birlikdə Anarın atası Vəli də intihar edib, amma bu intiharla bağlı Anara ittiham verilməyib.

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Ailə qurmağa razılıq verdilər"

Anar ifadəsində ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ordubad rayonunda atasına məxsus evdə yaşayıb:

"2020-ci ilin sentyabrında işləmək üçün Bakıya getdim. Biləcəri qəsəbəsində, bibimgilin mənzilində yaşamağa başladım, Tbilisi prospektində yerləşən marketdə satıcı işləyirdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin oktyabrında Bakı şəhərində yaşayan Xumarla tanış olub:

"2020-ci ilin dekabrında Xumar "WhatsApp"da anamla görüntülü danışıb tanış oldu. Valideynlərim ailə həyatı qurmağımıza razılıq verdilər".

"Dini kəbin kəsdirdik"

Anar qeyd edib ki, 14 fevral 2021-ci ildə ata-anası Bakı şəhərində yaşayan qohumlarla birlikdə Xumara elçiliyə gediblər:

"Fevralın 19-da Binəqədi qəsəbəsində yerləşən "Miraj" restoranında bizim nişan mərasimimiz keçirildi. İki-üç gün sonra valideynlərim Bakı şəhərindən kəndə qayıtdılar. Martın 19-da atam yenidən Bakı şəhərinə gəldi. Xumar üçün bayram xonçası aparıldı, atamla birlikdə Xumarı Bakı şəhərindən təyyarə ilə Naxçıvana, avtomobillə Ordubada gətirdik.

Xumara dini kəbin kəsdirdik, valideynlərimlə birlikdə yaşamağa başladıq".

"Ləyaqətini alçatmışam"

Təqsirləndirilən şəxs deyib ki, aprelin 11-də "Xançinar" restoranında onunla Xumarın toy mərasimi keçirilib:

"Toydan sonra atamla aramızda münasibətlər pozulmağa başladı. Bizim hər ikimiz spirtli içkilərə meyilli olduğumuzdan, tez-tez alkoqol qəbul etdiyimizdən evdə söz-söhbət yarandı.

Ailədəki bu vəziyyəti görən Xumarda Bakıya qayıtmaq fikri yarandı. Maddi imkanım olmadığı üçün onun Bakı şəhərinə qayıtmağını hər vasitə ilə ləngitdim. Xumarın Bakıya gedəcəyimiz təqdirdə atası Musa tərəfindən bizə maddi köməklik göstəriləcəyi təklifinə rədd cavabı verdiyimdən mübahisələrimiz yarandı.

Bu səbəbdən tez-tez Xumarı və onun atasını söyüb, təhqir etmişəm. Xumara "Qurban olasan anama" deməklə onun ləyaqətini alçaltmışam".

"Ondan şübhələndim"

Anar qeyd edib ki, aprelin 28-də sərxoş halda evə gəlib:

"Üstümdə olan plastik kartları, 50 manatlıq pul əsginasını və siqaretlə alışqanı şkafın üzərinə qoyaraq yatdım. Oyananda kartları və pulu orada tampadım və onları oğurlamaqda Xumardan şübhələndim. Onunla mübahisə etdim.

Xumar küsüb atamın əmisinin evinə getdi. Ertəsi gün anam kartları və pulu yerdən tapdığını bildirdi və mənə qaytardı. Bundan sonra Xumarı evə qaytardım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, aprelin 30-da anası və Xumarla birlikdə Babək rayonunda yaşayan nənəsinin evinə gedib:

"Mayın 1-də orada qaldıq. Ertəsi gün Xumarla birlikdə yenidən kəndə gəldik. Mayın 3-də Xumar mənə hamiləlik testinin müsbət çıxdığını bildirdi. Bu zaman Xumarla yenidən Bakıya getmək məsələsində mübahisəmiz yarandı. Xumarı söyüb, təhqir etdim".

"Orada gecələdim"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Xumarı iki-üç dəfə döydüyünü etiraf edib. O göstərib ki, 2021-ci il mayın 4-də günün birinci yarısında atası ilə mübahisə edib:

"Xumar Bakıya getmək məsələsini yenidən ortaya atdı. Mübahisə zamanı əsəbiləşib evdən çıxdım. Çay kənarına getdim, mağazadan aldığım arağı içdim.

Atamın telefon zənginə əsasən evə qayıtdıqda aramızda yenidən söz-söhbət başladı. Sərxoş halda yenidən evdən çıxdım. Anamı kəndə gətirmək məqsədilə axşam saat 8 radələrində əvvəl minik, sonra da yük avtomobilləri ilə Naxçıvan şəhəri istiqamətində getdim. Gecə saatlarında Babək rayonuna çatdığımdan geri qayıtmadım. Orada gecələdim".

"Arvadım və atamım intihar etdiklərini bildim"

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 5-də səhər saat təxminən 8-9 arası mobil telefonla Xumara zəng vurub:

"Yenə mübahisə baş verdi. Xumar anamı nalayiq sözlərlə təhqir etdi. Xumardan "WhatsApp"da "Ölümüm qoy sənə hədiyyə olsun, gedirəm hamınızın həyatından" mesajına əhəmiyyət vermədim. Bunu adi bir söz kimi qəbul etdim. Həmişəki kimi, Xumara nalayiq ifadələrlə cavab yazaraq bir daha onu söydüm.

Bundan sonra qayınatam Musaya zəng vurdum, Xumarla yola gedə bilmədiyimi bildirdim. Ondan Ordubada gəlməsini, Xumarı Bakı şəhərinə aparmasını istədim. Xumarın atası gələ bilməyəcəyini bildirdi. Dedi ki, özün göndər, gəlsin. Taksi sifariş etdim, anama Xumarla telefonla danışarkən narahat olduğumu bildirdim. Evə çatdığımız zaman Xumarın və atamın evin çardağında özlərini asaraq intihar etdiklərini bildim".

"Qızıma böhtan atıb"

Cinayət işi üzrə zərərçəkmiş Xumarın hüquqi varisi qismində ifadə verən Musanın sözlərinə görə, 2021-ci ilin fevralın 20-də əslən Ordubad rayonundan olan Anar, onun mərhum atası Vəli, anası Bahar və Bakı şəhərində yaşayan bir neçə qohumu onun evinə gəlib, qızı Xumarı Anar üçün istəyiblər:

"Razılıq verdikdən sonra bu ailənin üzvlərinin, o cümlədən Anarın bizə get-gəli başladı. Martın 21-də öz mənzilimdə oğlan evinin adamları üçün kiçik qonaqlıq təşkil etdim. Bir gün sonra onlar qızım Xumarı özləri ilə Naxçıvana apardılar. Özüm və qardaşım qızı Naxçıvana gedərək aprelin 11-də toy mərasimində iştirak etdik.

Toydan təxminən 10 gün sonra Xumar zəng etdi, onu Bakıya aparmağımı təkid etdi. Səbəbini soruşduqda qayınanasının və ərinin onu yola vermədiklərini, Anarın mütəmadi spirtli içki içdiyini, sərxoş olub onu döydüyünü, təhqir etdiyini bildirdi.

Xumarın dediyinə görə, qayınanası ona böhtan atıb, başqa kişilərlə telefonda yazışdığını deyib. Anar anasının sözlərinə inanıb və Xumarı daima incidib.

Vəli və Bahar Bakıda olarkən Xumarın toydan 10 gündən çox kənddə qalmayacağını, Bakı şəhərinə köçəcəklərini demişdi. Hətta Xumarla Anarın nikah qeydiyyatına düşməsinə də qəsdən maneçilik törədilirdi".

"Barışdırdığını bildirdi"

Musanın ifadəsinə görə, telefon danışığında qızı konkret olaraq daha burada qala bilmədiyini, onu Bakı şəhərinə aparmasını təkid edib:

"Mən də Anarın əmisinə zəng etdim, əgər yola gedə bilmirlərsə, Xumarı Bakıya göndərməsini xahiş etdim. Anarın əmisi Xumarın evlərindən acıq edərək onlara gəldiyini dedi. O, Xumarı Bakı şəhərinə yola salmağa hər zaman hazır olduğunu, lakin gənc ailənin belə tez bir vaxtda dağılmasını istəmədiyi üçün onların ailəsi ilə danışaraq məsələni həll edəcəyinə söz verdi.

Gecəyarısına yaxın Anarın əmisi zəng etdi, Anar və valideynləri ilə Xumarı barışdırdığını bildirdi. Bir neçə gün sonra Xumar yenidən zəng etdi, Anarın yenə də onu yola vermədiyini dedi. Bu məsələ ilə bağlı Xumarın qayınatası Vəli ilə telefonla danışdım. Vəli hər dəfə ümid verərək, ailənin sakit yaşaması üçün nə lazımdırsa, edəcəyinə vəd etdi".

"Bütün günahların Anar və anasında olduğunu dedi"

Musa qeyd edib ki, aprelin 27-də Xumar növbəti zəngindən sonra yenidən Anarın əmisi Vüqarla danışıb:

"Vüqar onların ailəsi ilə söhbət etdiyini, ailədə barışıq əldə etməsini bildirdi. Lakin qızımın hər telefon danışığında Anarın yenə də sərxoş olub, evdə dava-dalaş saldığını, onu döyüb-söydüyünü bildirdim.

Toydan bir gün əvvəl, xınayaxdı mərasimində Xumara hədiyyə etdiyim qızıl üzüyü onun qayınanası Baharın öz çantasında gizlədərək guya qızımın oğurladığı barədə böhtan atdığını, axtarılarkən üzüyün Anarın öz anasının çantasından çıxdığını söylədim.

Anarın atası Vəliyə də qızımı Bakıya gətirəcəyimi desəm də, o, yalvar-yaxar edərək, yeni ailəni dağıtmamaq üçün hər şeyi yoluna qoyacağına söz verdi. Lakin oğlu Anarın Xumara qarşı aqressiv hərəkətlərinin qarşısını ala bilmədi.

Mayın 5-də gecə saat 00.37-də Vəliyə telefonla zəng etdim, Xumarı incitmələrinin səbəbini soruşdum. Vəli Xumarın heç bir günahı olmadığını, bütün günahların Anar və anası Baharda olduğunu dedi".

Musa qeyd edib ki, bundan sonra qızın kənddə qalmasının mümkün olmadığını, onu Bakıya gətirəcəyini qəti şəkildə deyib:

"Vəli: "Bu dəfə də aparma, mən gedib Xumarın ayaqlarından öpəcəyəm ki, bu dəfə də ona şans verək, ailə dağılmasın", - dedi.

Vəlinin arvadı və oğlu tərəfindən bu dərəcədə alçaldıldığını düşündüm, onun sözlərindən kövrəldim. Gündüz saat 15.12-də Anarın əmisi Vüqar mənə zəng etdi. Xumarın və Musanın özlərini asaraq öldürdüklərini bildirdi".

Bu cinayət işinə Ordubad Rayon Məhkəməsində baxılıb.

Anar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3618   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel
.

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videola

13 mart
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may
.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel