Yevlaxda həkimi qətlə yetirən şəxslərin görüntüləri yayıldı - VİDEO
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.
Videoda onların 3 nəfər olduğu görünür. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.
Məlumata görə, hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.
Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana bulaşmış geyimlər olub.
Məlumata görə, şübhəlilərdən biri həkimin qonşusudur.
Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2361 Tarix: 12 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Havvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqust"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqust