Azərbaycanda tikinti materialları ucuzlaşdı
Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son iki ayda sabitləşib.
"Report" bunun səbəblərini öyrənməyə çalışıb.
Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyir ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.
"Bundan başqa, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəqin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik. Çünki iki aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350-1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur. Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrÖlkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrAzərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir
8 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrASCO-nun mənfəəti 38 dəfə artıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42
4 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabr