Türkiyə İsveçin bu əməlinə cavab verəcək - Polkovnik

Türkiyə İsveçin bu əməlinə cavab verəcək - Polkovnikİsveç heç bir ehtiyacın olmadığı halda ABŞ-ın təzyiqi ilə NATO-ya daxil olmaq istəyir. Çünki ABŞ Şimal Buzlu Okeanına çıxmaq naminə təşkilatın genişlənməsinə çalışır. İsveç NATO-ya üzv olmaq üçün digər bütün üzvlərin, eyni zamanda Türkiyənin razılığını almalıdır. Türkiyə də ondan PKK və FETÖ terrorçularına verdiyi dəstəyi kəsməyi tələb edir.

Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a İsveçin paytaxtı Stokholmda PKK terror təşkilatı tərəfdarlarının keçirdiyi mitinq haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.

Polkovnik İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi halında Türkiyənin onun NATO-ya üzvlüyünə heç vaxt razılıq verməyəcəyini vurğulayıb:

"İsveç həqiqətən sözügedən məsələdə qaranlıq və kirli keçmişə sahib bir dövlətdir. Hələ də ölkəmizə qarşı terrorçulara çox dəstək verir. 28 iyun 2022-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə Toplantısı çərçivəsində Türkiyə, İsveç, Finlandiya və təşkilatın baş katibi bir razılaşma imzaladı. Razılaşma əsasında İsveç üzərinə rəsmi şəkildə öhdəlik götürüb və biz bunların yerinə yetirilməsini tələb edirik. İsveç terror təşkilatlarına dəstəyi kəsməli, ölkəni onlardan təmizləməli, axtarışda olanları isə dövlətimizə təhvil verməlidir. Amma bunların heç biri olmur. Hətta ən son İsveçdə yaşayan FETÖ-cu vətən xaini Bülənd Keneşin Türkiyəyə verilməsi tələb olundu. Onlar isə məhkəmədən Keneşin verilməməsi üçün rədd qərarı çıxardılar. Yəni yenə "köhnə hamam, köhnə tas"dır. PKK tərəfdarları iki gün öncə paytaxt Stokholmda Türkiyənin seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asaraq aksiya keçirdilər, millətimizi, dövlətimizi təhqir etdilər. Bundan İsveç polisi və kəşfiyyatının xəbəri olub, çünki başqa cür belə bir aksiyanın keçirilməsi mümkün deyil. Təbii ki, millətimiz və bütün türk dünyası buna etiraz etdi və İsveçə lənət yağdırdı. Fikrimcə, İsveçin terrora verdiyi dəstəyi kəsmək niyyəti qətiyyən yoxdur. İsveç bunun sabotaj olduğunu qeyd etsə də, səmimiyyətlərinə inanmırıq. Çünki hadisə zamanı İsveç polisi müdaxilə etmək bir yana dursun, barmağını belə tərpətmədi. Guya bizə xala xətrinə qalmasın deyə, bir neçə nəfərin saxlandığını bildiriblər. Lakin buna da inanmaq olmaz. Türkiyə haqlı olaraq səfiri çağıraraq, rəsmi şəkildə bu təxribata etiraz etdi. Əgər belə davam edərsə, Türkiyə İsveçin NATO-ya üzvlüyünə birmənalı şəkildə razılıq verməyəcək.

Əslində baş verənlər yalnız İsveçin deyil, bütün Qərbin terrorizmə verdiyi dəstək kimi başa düşülməlidir. NATO-nun 2017-ci ildə 8-17 noyabr tarixlərində Norveçdəki təlimində də Qazi Mustafa Kamal Atatürkün və cənab Ərdoğanın fotolarını hədəf taxtasına çevirmişdilər. "Üzr istəyirik" dedilər, amma üzrlə bu məsələlər nə vaxta kimi davam edəcək? Türkiyə belə oyunlara göz yumacaq dövlət deyil. Belə təxribat və alçaq hərəkətlərin cavabı verilib və veriləcək".

Qeyd edək ki, PKK tərəfdarlarının Stokholmda keçirdiyi mitinqdə polisin gözü qarşısında Rəcəb Tayyib Ərdoğanın maketi asılıb və Türkiyə əleyhinə təhqirlər səsləndirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1024   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb. "Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçı

11 oktyabr
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11 oktyabr
.

Aİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 23-cü sanksiya paketinin hazırlanmasına başlayıb. xəbər verir ki, bu barədə "Politico" nəşri müzakirələrlə tanış olan Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft gəlirlərinin azaldılmasına yönələcəyi gözlənilir

13 oktyabr
.

Ukraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub

Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek

13 oktyabr
.

ABŞ Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü sanksiyalardan azad edib

ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində məlumat yayılıb. "Bu gün ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyy

11 oktyabr
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13 oktyabr
.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

13 oktyabr
.

Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanninglə bağlı qalmaqal xarici tərəfdaşlar arasında narahatlığa səbəb olub və Almaniya xüsusi xidmət orqanlarına qarşı ciddi etimad böhranına gətirib çıxara bilər. "Report"un "Welt am Sonntag"a istinadən verdiyi məlumat

11 oktyabr
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11 oktyabr