Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib
Naxçıvan Muxtar Respublikasında 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib.
Muxtar respublikanın inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılmasına və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində tədbirlər davam etdirilir. Ümumilikdə muxtar respublika üzrə bu günə qədər 18 142 təsərrüfatda 63 204 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.
Qeyd edək ki, tətbiq edilən proqram təminatı yerlərdə məlumatlar daxil ediləndən dərhal sonra hər bir yaşayış məntəqəsi üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.
Xatırladaq ki, yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatları uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər təlimatlandırılıb.
Müşavirədə qeyd edilib ki, sözügedən istiqamətdə bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görülməlidir. Xüsusilə muxtar respublikada statistika üzrə real göstəricilərin informasiya sistemində öz əksini tapması ilə bağlı qarşıya vəzifələr qoyulub. Azərbaycan Respublikası Prezident Administrasiyasının və Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən bununla bağlı əyani izah və tövsiyələr verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah fəaliyyət göstərir. Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər davam etdirilir./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrÖlkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrAzərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir
8 sentyabrAzərbaycan avtobus idxalını 2% azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır
16 sentyabrASCO-nun mənfəəti 38 dəfə artıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42
4 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabr