Anna Akopyan "cənnət bileti"ni təmin etdimi?

Anna Akopyan "cənnət bileti"ni təmin etdimi?"Hər kəs həzrət Fatimeyi- Məsuməni ziyarət etsə, onun mükafatı cənnətdir", deyirdi İmam Rza. İndi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yeri cənnətdirmi, yoxsa?!

Ermənistandan gələn Annanı Qum şəhərində məcsidə və Fatimeyi-Məsumənin qəbrinə aparan mollalar Paşinyanın heç xristianlığa belə doğru-dürüst uğyun gəlməyən qriqorian arvadını ümməti-İslam edib cənnətəmi göndərmək istəyirlər, yoxsa onlar üçün Azərbaycanla düşmənçilik o həddə çatıb ki, İslamı təhqir edən, Allahın evində donuz saxlayanların Məsumənin qəbrinə aparmaqla da ürəkləri soyumur?!

İndi biz Fatimənin məsumluğunu ləkələyən mollaların şiəliyinəmi inanaq, yoxsa Annaya verdikləri cənnət "biletinəmi"?!

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İran səfəri və səfər çərçivəsində baş verənlər molla rejiminin İslam təəssübkeşliyini də, Əhli-Beyt eşqini də yenidən şübhə altına saldı. Məsələ Tehranda keçirilən "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi"nə Annanın dəvət olunması deyil, məsələ Ermənistandan Paşinyanın həyat yoldaşının dəvət olunması, ona göstərilən diqqət və şiələrin müqəddəs məkanlarına ziyarətidir. Mollalar deyə bilər ki, Annanın başqa dinə mənsub olması onun məscidə getməsinə mane olmamalıdır.

Xub. Axı Allahın evinə aparılan bu qonaq Allahın evinin təhqir olunduğu, İslam mirasını məhv edən ölkədən gəlir. Azərbaycan torpaqları işğal altında olarkən oradakı İslam irsini məhv edən, məscidlərdə donuz saxlayan da bunlardır, İrəvan da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında İslam adına nə varsa hamısını məhv edən, Yer üzündən silən də. İndi İran rejimi Ermənistandan gələn "əziz qonağı" Qum şəhərində məscidə aparır, azərbaycanlılar da daxil olmaqla şiə dünyasından gələn zəvvarların müqəddəs hesab etdiyi məkanları gəzdirir, Fatimeyi-Məsumənin qəbri üstündə "həmrəylik" pozu verirlər.

Və Fatimənin məsumluğunu da, Allahın evini də, şiələrin müqəddəs məkanlarını da Azərbaycan düşmənçiliyinə və rejimin imperiya siyasətinə qurban verirlər. Ki, İran rejiminin gerçək xisləti də əslində bundan ibarətdir. Sadəcə, 30 il ərzində bunu az da olsa gizlədə bilmişdilər, 44 günlük müharibədən sonra isə nəinki gizlətmir, nümayiş etdirməkdən həzz alırlar.

Anna Akopyanı İranın birinci xanımı Cəmilə Ələmolhoda qəbul edir, İbrahim Rəisinin də iştirak etdiyi tədbirin baş köşəsində əyləşdirir, Allahın evinə aparır, Fatimeyi-Məsumənin qəbrini ziyarət etdirirlər.

Sonra da Akopyan Tehranda iştirak etdiyi tədbirdə 44 günlük müharibədən danışaraq, Azərbaycanı ittiham edir, hazırda Laçın yolundakı aksiyanı "humanitar fəlakət"lə müqayisə edir, bir sözlə, şiələrin müqəddəs məkanından çıxıb bizi günahlandırır. Mollalar da bundan feyziyab olurlar.

Təəccüblə qarşılanmamalıdır, bu, molla rejiminin artıq gizlətmək istəmədiyi gerçək üzüdür. Hazırda Ermənistan və İranı qardaşlaşdıran Azərbaycan düşmənçiliyinin həzzini doya-doya yaşayırlar. Amma və lakin...

Bütün bunlar İran rejimi üçün nə İslamın, nə də Əhli-Beytin heç bir dəyərinin olmadığını növbəti dəfə ispat etdi. Bütün şiə dünyası gördü ki, molla rejimi İslamı da, Əhli-Beyti də siyasətə, maraqlarına asanlıqla satır, hətta Həzrəti Fatimənin məsumluğundan da istifadə edir./Publika


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1101   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

11 oktyabr
.

İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met

12 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11 oktyabr
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

11 oktyabr
.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

11 oktyabr
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11 oktyabr
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11 oktyabr
.

Rusiya 1 ayda 50 mindən çox hərbçisini itirib

Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v

12 oktyabr