Kanada 10 min uyğura vətəndaşlıq verəcək
Kanada Çindən başqa ölkələrə qaçan, lakin geri qayıtmaları üçün təzyiqlərə məruz qalan 10 min uyğura vətəndaşlıq verilməsinə qərar verib.
Sonxeber.az xəbər verir ki, Kanadaya gətiriləcək uyğurların səyahət xərclərinin hökumət tərəfindən qarşılanması üçün deputat Sameer Zuberinin təqdim etdiyi təklif parlamentdə yekdilliklə qəbul edilib. Proqramın 2024-cü ildə başlaması gözlənilir.
Jurnalistlərə açıqlama verən liberal deputat Zuberi bildirib ki, uyğur qaçqın proqramına bütün siyasi partiyaların dəstəyi çox vacibdir. Kanadanın İmmiqrasiya naziri Şon Freyzer Kanadanın
müdafiəyə ehtiyacı olanlara kömək etmək üçün hər zaman üzərinə düşəni edəcəyini deyib. Kanadalı qanunvericilər 2021-ci ilin fevralında Çinin Sincan bölgəsindəki uyğurlara qarşı siyasətini soyqırım kimi tanımaq qərarına gəliblər. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə Çindəki konsentrasiya düşərgələrində uyğur və digər müsəlman azlıqlardan ən azı 1 milyon insan həbsdədir. İnsan haqları təşkilatları Pekini bu icmalarda qadınları qısırlaşdırmaqda ittiham edir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1141 Tarix: 03 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Hörmüz boğazı yaxınlığında İranın bir neçə dronunu vurub
ABŞ hərbi qüvvələri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran pilotsuz uçuş aparatını (PUA) məhv edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, zərərsizləşdirilmiş sözügedən dronlar tranzit yük daşımaları üçün təhlükə mənbəyi olub. Məsəl
13 iyunBöyük Britaniyanın yeni təhlükəsizlik naziri MƏLUM OLDU
Böyük Britaniyada müdafiə naziri təyin edilən Den Jarvisin yerinə təhlükəsizlik məsələləri üzrə yeni nazir təyin edilib. xəbər verir ki, müvafiq qərar dövlət fərmanında öz əksini tapıb. Təhlükəsizlik məsələləri üzrə nazir vəzifəsini Anjela İql icra edəcək. O bu postda bir müddət əvvəl ölkənin müdafi
13 iyunPentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib. "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələ
13 iyunƏrdoğan Türkiyənin YENİ HƏDƏFİNİ AÇIQLADI
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm". "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, sün
13 iyunPutin Trampa zəng etdi: Bir saata yaxın nələri müzakirə etdilər?
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu gün telefon danışığı aparıblar. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbət 55 dəqiqə davam edib. Putin Trampı 80 illik yubileyi münasibətilə təbri
14 iyunƏraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
İran yüksək səviyyədə zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır, lakin yalnız öz ərazisində. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Uranın yüksək dərəcədə zənginləşdirilməsi, yəni 60 %-ə qədər olan nisbətlə bağlı mövqeyimiz həmişə bel
14 iyunKris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumund
14 iyun