Çində ən gənc alzheymer xəstəsi müəyyən edilib
Pekin şəhərindəki xəstəxanalardan birində 19 yaşlı xəstəyə əsasən yaşlılarda rast gəlinən və gənclərdə olduqca nadir müşahidə olunan bir xəstəlik - alzheymer diaqnozu qoyulub.
Həkimlərin fikrincə, o, hazırda dünyada təsbit edilən ən gənc alzheymer xəstəsidir
Xuanvu xəstəxanasının nevroloqu Cia Lonqfenin dediyinə görə, xəstə 17 yaşında yaddaşla bağlı problemlər yaşamağa başlayıb. O, ötən gün baş verənləri xatırlamaqda çətinlik çəkib.
Xəstəxana xəstəliyin diaqnozu üçün dünyada ən mötəbər üsullardan olan CSF analizi və PET skanları daxil olmaqla, xəstə üzərində bir sıra testlər həyata keçirib.
Nevroloq qeyd edib ki, alzheymer xəstəliyinin inkişafı xəstənin fiziki vəziyyəti, genetikası və həyat tərzi kimi amillərlə bağlıdır. Son illərdə bu xəstəliyin daha gənc yaşda insanlarda inkişafı tendensiyası müşahidə olunur.
Qeyd edək ki, alzheymer xəstəliyinin erkən mərhələsində olan bəzi xəstələrdə gen mutasiyaları aşkar edilib. Bu xəstəliyin aşkarlanması üçün tibbi texnologiyanın inkişafı daha gənc xəstələrə də diaqnoz qoymağa imkan verib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1759 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabr