Türkiyədəki zəlzələyə görə Azərbaycan quru sərhədləri aça bilər? - AÇIQLAMA
Türkiyədə baş verən zəlzələ fonunda Azərbaycanın quru sərhədlərini açması məsələni yenidən gündəmə gətirir. Bildiyimiz kimi, təyyarə biletlərinin baha olması zəlzələ zonasında, eləcə də təhlükə altında olan şəhərlərdə olan soydaşlarımızın vətənə qayıtmasına çətinlik yaradır. Bununla əlaqədar olaraq quru sərhədlərin açılması insanların rahat və münasib qiymətə ölkəyə gəlməsinə kömək edə bilər.
Bununla əlaqədar olaraq Azərbaycanın quru sərhədləri açması gözlənilirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov BiG.AZ-a açıqlmasında bildirib ki, bununla bağlı qərarın verilməsi birbaşa epidemioloji gözləntidən asılı olaraq həyata keçiriləcək:
"Azərbaycanın Gürcüstan daxil olmaqla digər qonşu ölkələrlə quru sərhədləri açması birbaşa Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq. Operativ Qərargah mütəmadi olaraq ölkədaxili, eləcə də qonşu ölkələrdəki vəziyyətlə bağlı məlumatın əldə edilməsi və qiymətləndirilməsini həyata keçirir.
Hər halda bizim təklifimiz mərhələli şəkildə quru sərhədlərin açılması ilə bağlıdır. Nəzərə alsaq ki, qonşu ölkələrdən hazırda Rusiyada yoluxma sayı yüksəkdir. İranda praktiki olaraq prosesin nəzarətdən çıxması müşahidə olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycanla Gürcüstan arasındakı quru sərhədin açılması məsələsinin müzakirəsi mümkündür. Amma təbii ki, bununla bağlı qərarın verilməsi birbaşa epidemioloji gözləntidən asılı olaraq həyata keçiriləcək. Operativ qərargah tərəfindən bu istiqamətdə qiymətləndirmə aparıldıqdan sonra qərarın qəbul edilməsi və addımların atılacağı istisna deyil. Amma təbii ki, bütün hallarda quru sərhədlərin açılması iqtisadi baxımdan vacibdir. Bu baxımdan da epidemioloji vəziyyət tənzimlənən həddə olduğu halda bununla bağlı qərarların veriləcəyi gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto