10 il işləyib aldığı ev 4 gün sonra başına uçdu - Türkiyədə ailə faciəsi - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda zəlzələdən sonra ailə faciəsi yaşanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ailənin bütün fərdləri ata İsmayıl Taşkın (yaş-40), həyat yoldaşı Zeliha Taşkın (yaş-38), uşaqları Sehernur Taşkın (yaş-9), Hanım Taşkın (yaş-7) və Məhəmməd Emin Taşkın (yaş-5) 4 gün əvvəl satın aldıqları evin dağıntıları altında qalaraq can veriblər.
Bildirilir ki, İsmayıl Taşkın işləmək məqsədilə Aydından Kahramanmaraşa köçüb.O, 10 il əvvəl Zeliha Taşkınla ailə həyatı qurub.
Həyat yoldaşının məmləkətində məskunlaşan və sənayedə qaynaqçı işləyən İsmayılın bu evlilikdən Sehernur, Hanım və Muhammed Emin adlı 3 övladı olub.
İsmayıl bu illər ərzində yığdığı pulla nəhayət 2 fevralda ev alıb. O, aldığı evinin sevincini sosial şəbəkə hesabından dostları ilə də bölüşüb. Ancaq təəssüflər olsun ki, bu sevinc çox çəkməyib.
Fevralın 6-sı səhər saatlarında baş verən 7,7 bal gücündə zəlzələdən İsmayıl Taşkın və ailəsi qaçaraq xilas olmağı bacarsalar da, daha sonra təkrar zəlzələdən ziyan görən evlərinə geri qayıdıblar.
Bu dəfə Elbistanda baş verən 7,6 bal gücündə ikinci zəlzələdə ailə dağıntılar altında qalıb. Axtarış-xilasetmə qrupları bu gün Taşkın Ailəsinin 5 üzvünün cəsədlərinə çatıb.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2062 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabrAİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrEl-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabr