Fələstin Türkiyə və Suriya zəlzələ qurbanlarına yardım kampaniyasına başlayıb
Fələstin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.
Sonxeber.az xəbər verir ki, Vəqflər naziri Hatəm əl-Bəkri verdiyi yazılı açıqlamada, Fələstin prezidenti Mahmud Abbas və baş nazir Məhəmməd İstiyyanın göstərişi ilə "Əziyyətlərini yüngülləşdirin" adlı yardım kampaniyasının başladığını açıqlayıb.
"Zəlzələlərdən sonra yaşanan fəlakət səbəbindən Türkiyə və Suriyadakı qardaşlarımıza bacardığınız qədər kömək etməyinizi istəyirik. Zərər çəkənlərin yanında olmaq bizim borcumuz və məsuliyyətimizdir" ,- deyə Fələstin xalqına səslənən Bəkri bildirib.
"İsrailin işğalı altında olan Fələstin xalqı bu ağrını bilir",- deyə o əlavə edib.
Yardımların cümə namazından sonra kampaniya çərçivəsində toplanacağını bildirən Bəkri Fələstin Vəqflər Nazirliyinin kampaniyaya 100 min dollar töhfə verəcəyini qeyd edib.
Bəkri yardımların Fələstin Administrasiyasının Türkiyə və Suriyadakı diplomatik nümayəndəlikləri vasitəsilə çatdırılacağını bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1318 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabr