Azərbaycanın xilasediciləri dağıntılar altından 12 yaşlı qızı çıxardılar - VİDEO
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 12 yaşlı qızı sağ çıxarıb.
Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.
Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 978 Tarix: 10 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ müharibədən 20 gün sonra danışıqlar üçün yalvardı - Əraqçi
İran İslam Respublikası ABŞ-la müharibədə qalib gəlib. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi idi, hətta müharibənin ilk günündə İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqla
12 avqustRusiya 500-dən çox dronu məhv etdi
Gecə saatlarında Ukrayna ordusunun bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazası yüksək dəqiqlikli hava əsaslı silahlar və uzaqmənzilli zərbə dronları ilə vurulub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb. Bundan əlavə, Hava Hücumundan Müdafiə Qüvvələr
12 avqustErmənistan vətəndaşları bu ölkədən deportasiya edilir
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə
11 avqustİki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11 avqustTatarıstanda matəm elan edildi - Yenilənib
Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb. İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var
10 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqust