İran-Ermənistan hərbi ittifaqı regiona nə vəd edir? - VİDEO
Son vaxtlar İranın anti-Azərbaycan siyasətinin yeni çalarları üzə çıxmaqda, yeni detalları aşkar olmaqdadır. Getdikcə açıq düşmənçilik xarakteri kəsb edən bu siyasət təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, regional müstəvidə də həyata keçirilir.
Və bu işdə onilliklər boyu Azərbaycan ərazilərini, İranın ali rəhbəri Ayətullah Xameneyinin "islam torpağı" adlandırdığı Qarabağı işğalda saxlayan Ermənistan İranın əsas tərəfdaşı və müttəfiqi kimi çıxış edir.
Daha dəqiq desək, rəsmi Tehran indiyə qədər diplomatik ibarələrlə pərdələnən Cənubi Qafqaz siyasətini daha şəffaf şəkildə yürütməyə, kimin tərəfində olduğunu aydın surətdə göstərməyə başlayıb və Ermənistanı müxtəlif vasitələrlə, o cümlədən birbaşa hərbi dəstək yolu ilə Azərbaycana qarşı təhrik etmək xəttini tutub.
Məqsəd İranın İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi nəticəsində regionda formalaşan yeni geosiyasi reallıqlarla barışmadığını göstərmək, onun öz məntiqi yekununa yetişməsinə hər vəchlə mane olmaqdır. Bunu fevralın 9-da İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühurinin verdiyi açıqlamalar da təsdiq edir.
Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1354 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rumıniyanın Baş naziri Tomak istefa verib
Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib. "Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib. Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən d
14 iyunABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?
ABŞ Avropadakı NATO əməliyyatları üçün əlçatan olan "F-15E" və "F-16" qırıcılarının sayını təqribən 150-dən 100-ə qədər azaltmağı planlaşdırır. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumatda bildirilib ki, Ağ Ev NATO əməliyyatları üçün ayırdığı hərb
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyunStarmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının kölgə donanmasına məxsus neft tankerini ələ keçirib. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb. "Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimiz
14 iyun