Hatayın daha bir rayonunda zəlzələ olub
Türkiyənin Hatay şəhərinin Hassa rayonunda - Suriya ilə sərhədin yaxınlığında 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 5,13 km dərinlikdə olub. AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 02:29-da qeydə alınıb.
Qeyd edək ki, fevralın 11-də axşam saatlarında Hatayın Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olmuşdu.
Hatay şəhəri fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, təbii fəlakət zonasında ən çox zərər çəkmiş bölgələrdən biri olub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI
Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul
Bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ - Respublikamızda
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Çayın ətrini artıran və bayatlaşmasının qarşısını alan üsul
Bakı sakinləri TƏŞVİŞDƏ: Yayılan bu sirli həşərat nədir?
Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər - Yeni sistem
Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...
Soyuducu rəflərinə bir ədəd qoyun - QOXU, NƏM QALMIR
Toylarla bağlı QƏRAR VERİLDİ
Bitki yağları kəskin bahalaşdı - QİYMƏT
Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ana və qızı ÖLDÜRÜLDÜ
Pensiyanız ARTA BİLƏR - Çoxunun bilmədiyi hesablama
Bu halda pensiya verilməyəcək - BİLMƏLİ OLDUĞUNUZ DETAL